“Tut ağacı” qalmaqalı Türkiyənin məşhur proqramında - VİDEO

“Tut ağacı” qalmaqalı Türkiyənin məşhur proqramında - VİDEO
"Beyaz TV”-də yayımlanan "Söyləməzsəm olmaz” verilişində azərbaycanlı bəstəkar Aygün Səmədzadədən bəhs edilib. 

Axşam.az-ın məlumatına görə, bəstəkarın "Tut ağacı” mahnısının "O səs Türkiyə” yarışmasında oxunması və "anonim” kimi qeyd edilməsi Azərbaycanda narazıçılığa səbəb olub. Verilişin aparıcıları da bu mövzuda danışaraq haqsızlıq edildiyini deyiblər.

Aparıcılardan biri Ömür Varol "Tut ağacı” mahnısından söz açıb:

"Dünyaca məşhur bir azərbaycanlı mahnısı "O səs Türkiyə”də səsləndirilib. Amma müəllif anonim yazılıb. Halbuki bu, məşhur azərbaycanlı bəstəkara aiddir. Gözəl bir mahnıdır. Bu bəstəni rəhmətlik prezident Heydər Əliyev də sevirmiş. Mahnının musiqisini dünyaca məşhur bəstəkar Aygün Səmədzadə yazıb. Sözləri isə Zakirə Allahverdiyevaya aiddir. Acun bu səhvini düzəldəcək”.

Qeyd edək ki, yarışmada Müğe Genc və Güray Gültay adlı cütlük musiqisi Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya aid olan "Tut ağacı” mahnısını oxuyublar. Lakin mahnı Azərbaycana aid olan digər "Tut ağacı boyunca” xalq mahnısı ilə səhv salınıb və sözləri, bəstəsi anonim deyə qeyd edilib.
 
 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...