Zaqatalada 3 otaqlı ev yanıb

Zaqatalada 3 otaqlı ev yanıb

Zaqatalada 3 otaqlı fərdi yaşayış evi yanıb.

 

Sfera.az-ın məlumatına görə, yanğın hadisəsi bu gün saat 16 radələrində rayonun Aşağı Tala kəndində, kənd sakini Fazilət Carov qızı Barxalova məxsus, ümumi sahəsi 60 kv/m olan kürsülü birmərtəbə 3 otaqdan ibarət və hazırda yaşayış olmayan fərdi yaşayış evində baş verib.

 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

 

Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb.   Sfera.az xəbər verir ki, ...

Hindistan-Pakistan münaqişəsində günahkar Rusiyadır? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi müharibə yalnız Avropada deyil, digər geosiyasi bölgələrdə də güc balansını dəyişdirərək müxtəlif tərəflərin daha sərt mövqelər nümayi...

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... - Həkim yayılan xəstəlikdən DANIŞDI

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə düşməyən, b...

Ölü insandan istifadə edirlər: Hollivud ulduzlarının qorxulu estetik tendensiyası - FOTO

Son dövrlərdə Hollivud ulduzları arasında sürətlə yayılan “Renuva” adlı estetik prosedur dünya mediasının və ictimaiyyətin diqqət mərkəzinə çevrilib...

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki...

Mayın 9-da Bakı-Sumqayıt-Bakı istiqamətində qatarlar şənbə günü qrafiki üzrə hərəkət edəcəklər.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan ...

Ermənistanda 9 polis həbs olundu

Ermənistanın Vaqarşapat (Eçmiədzin) şəhərində 9 polis həbs olunub.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. &n...