İsrail əsgərləri üsyan edir: “Netanyahunun oğlu haradadır?”

İsrail əsgərləri üsyan edir: “Netanyahunun oğlu haradadır?”

İsrailin baş naziri Binyamin Netanyahunun böyük oğlu Yair Netanyahunun ABŞ-da qalması və ölkəsinə dönə bilməməsi hərbçilərin reaksiyasına səbəb olub.

 

Sfera.az bildirir ki, İsrail mediasının iddialarına görə, müxtəlif yerlərdə yaşayan israillilər ölkələrinə qayıdıb, bəziləri təhsilini, bəziləri isə işlərini yarımçıq saxlayıb. Bu baxımdan hələ də ABŞ-də olan Yair Netanyahu hədəf obyekti olub. “Yair bu ilin əvvəlində ABŞ-yə köçüb və orada yaşamağa davam edir”, deyə yerli mətbuatda vurğulanıb.

 

İngiltərənin "The Times" qəzetinə danışan, İsrailin şimal cəbhəsində könüllü olaraq xidmət edən bir əsgər  “Biz cəbhə xəttindəykən Yair Mayamidə həyatdan həzz alır. Müharibəyə görə məsuliyyət daşıyanların yerinə işini, ailəsini, övladlarını qoyub ölkəni müdafiə edən bizik. Qardaşlarımız, atalarımız, oğullarımız hamısı cəbhəyə gedir və Yair hələ də burada deyil”, deyə söyləyib.

 

Digər bir əsgər də mediaya açıqlamasında “Amerikadan ölkəmə qayıtdım, orada işim, həyatım var idi. Bu kritik dövrdə orda qalıb xalqımı tərk etməyim mümkün deyildi. Bəs baş nazirin oğlu haradadır? Niyə İsraildə deyil?”, deyə söyləyib.

 

Qeyd edək ki, İsraildə 18 yaşdan yuxarı hər kəs üçün hərbi xidmət məcburidir. Kişilər 32 ay, qadınlar isə 24 ay xidmət etməlidirlər. Məcburi xidməti başa vuranlar 40 yaşına kimi “ehtiyat əsgər” kimi çağırıla və müharibə vaxtı nizami qoşunlarla bərabər döyüşə bilərlər.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...