Çin əhalisi ərzağa və qeyri-ərzağa nə qədər pul xərcləyir?

Çin əhalisi ərzağa və qeyri-ərzağa nə qədər pul xərcləyir?

Çin Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, bu ilin ilk 9 ayında ölkə daxilində istehlak mallarının ümumi pərakəndə satışı keçən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq 34,2 trilyon yuana (4,68 trilyon dollar) çatıb. 


Sfera.az xəbər verir ki, bir dollar 7,3 yuana bərabərdir. 


Çində sentyabr ayında isə istehlak mallarının ümumi pərakəndə satışı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 3,98 trilyon yuana (545 milyard dollar) çatıb. 


Qeyd edək ki, pərakəndə ticarət dedikdə ərzaq və qeyri-ərzaq mallarının ticarəti nəzərdə tutulur. Çin əhalisinin ilbəil gəlirinin artması pərakəndə xərcləri də artırır. İlk 9 ayda çinlilər pərakəndə ticarətdə adambaşına 3250 dollar pul xərcləyib. 


Müqayisə üçün bildirək ki, 2023-cü ilin ilk 9 ayında Azərbaycanda pərakəndə ticarətin həcmi 24,1 milyard dollar olub. Bunun adambaşına düşən hissəsi isə 2370 dollar təşkil edib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...