İpoteka kreditləri üzrə borc sürətlə artır – SON RƏQƏMLƏR

İpoteka kreditləri üzrə borc sürətlə artır – SON RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin ipoteka kreditləri üzrə borcu 3,5 milyard manatı ötüb. 


Sfera.az xəbər verir ki, bir ildə ipoteka kreditləri üzrə borc 500 milyon manatdan (16,75 faiz) çox artıb. 


Ötən ilin sonunda 2,985 milyard manat olan ipoteka kreditləri üzrə borc bu ilin oktyabrın 1-də 3,523 milyard manata çatıb. 


İpoteka kreditlərinin cəmi kreditlərdə payı da artıb. İlin əvvəlində cəmi kreditlərin 14,9 faizi ipoteka kreditlərindən ibarət olduğu halda, hazırda bütün kreditlərin 15,8 faizi ipoteka kreditləridir. 


İpoteka kreditlərinin cəmi kreditlərdə payının sürətlə artması məhz ipoteka kreditlərinin həcminin daha sürətlə artması ilə bağlıdır. 


Bu növ kreditlərin sürətlə artmasına İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən kreditlərin həcminin sürətlə artması kömək edib. 2023-cü ilin 9 ayında banklar Fondun vəsaitlərindən istifadə etməklə 400 milyon manata yaxın kredit verib. 


Vasif


OXŞAR XƏBƏRLƏR