Ekspert ödənişli yol barədə: \"Əgər oradan meyit daşımaq istəmiriksə...\" 

Ekspert ödənişli yol barədə: \

Ödənişli olan Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolunda radar və sürət həddinin olmaması ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Bu, heç də vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bunun ciddi fəsadları olacaq:

 

“Düşünürəm ki, yeni ödənişli yolda radar və kameraların olmaması problemli mövzudur, bunun ciddi fəsadları olacaq. Çünki dünyanın bir çox ölkəsində olduğu kimi bizim sürücülərimiz də yüksək sürətə meyillidir. İnsanların mədəniyyət və təfəkkürü əgər inkişaf edibsə, o bilir ki, sürət ona ziyan verəcək, qəza törədəcək. Çox təəssüf, bizdə bir çox insan fikirləşir ki, kamera yoxdursa, istədiyimizi edək". 

 

Ekspert vurğulayıb ki, radar və kamera mütləq quraşdırılmalıdır:

 

“Bu məsələ dərhal həll edilməlidir. Digər yollarda necə nəzarət varsa, bu yollarda da radar və kamera quraşdırılmalıdır. Fikrimcə, aidiyyatı qurumlar burada nəzarəti mütləq həyata keçirməlidirlər.  Ərazidə yol patrul xidməti olmalıdır. Əks halda, fəsadları çox ağır olacaq. Biz oradan meyit daşımaq istəmiriksə, gec olmadan dediklərim diqqətə alınmalıdır”. 

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb - VİDEO

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb.   Sfera.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və...

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb.   Sfera.az xəbər verir ki, ...

Hindistan-Pakistan münaqişəsində günahkar Rusiyadır? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi müharibə yalnız Avropada deyil, digər geosiyasi bölgələrdə də güc balansını dəyişdirərək müxtəlif tərəflərin daha sərt mövqelər nümayi...

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... - Həkim yayılan xəstəlikdən DANIŞDI

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə düşməyən, b...

Ölü insandan istifadə edirlər: Hollivud ulduzlarının qorxulu estetik tendensiyası - FOTO

Son dövrlərdə Hollivud ulduzları arasında sürətlə yayılan “Renuva” adlı estetik prosedur dünya mediasının və ictimaiyyətin diqqət mərkəzinə çevrilib...

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki...

Mayın 9-da Bakı-Sumqayıt-Bakı istiqamətində qatarlar şənbə günü qrafiki üzrə hərəkət edəcəklər.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan ...