“Seçkilər istənilən halda keçiriləcək” - Peskov

Dünya
14:44 / 24.10.2023
4114
“Rusiyada prezident seçkiləri istənilən halda keçiriləcək”.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib .
Jurnalistlər mətbuat katibinə seçkilərin tarixi ilə bağlı sual verəndə o, deyib: “Seçkiləri elan edən Kreml deyil”.
Xatırladaq ki, Putin hələ seçkilərdə iştirak etmək qərarını açıqlamayıb. O , 2023-cü ilin sonundan gec olmayaraq başqa bir müddətə namizəd olub-olmayacağına dair qərar verəcəyini vəd edib .
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək. Federasiya Şurası səsvermə gününə 100 gündən gec olmayaraq və ən geci 90 gün qalmış seçkilərin təyin edilməsi haqqında qərar qəbul etməlidir.
Əzizə