İran sülh müqaviləsinin bağlanmasında vasitəçi olacaq? - AÇIQLAMA

İran sülh müqaviləsinin bağlanmasında vasitəçi olacaq? - AÇIQLAMA

Ötən gün Tehranda “3+3” formatı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü baş tutub.

 

Maraqlıdır, İran iki ölkə arasında sülh müqaviləsinin bağlanmasında vasitəçi ola bilərmi?

 

Mövzuyla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Tehran regiondakı mövcud reallıqla barışmasa da, sonda “3+3” formatını qəbul edərək, əməkdaşlığa dayanan mövqe ortaya qoyub:

 

“İranın əməkdaşlıqda nə qədər maraqlı olacağı yaxın perspektivdə məlum olacaq. Azərbaycan Tehranda “3+3” formatında xarici işlər nazirlərinin görüşündə problem görmədi. Bu, bir növ İrana jest idi. Tehran regional siyasətdə Azərbaycana qarşı sərt mövqe sərgiləməyəcəyi barədə söz verib. Amma İran hakimiyyətindən fərqli olaraq SEPAH və onun nəzarətində olan media qurumları Azərbaycana qarşı  informasiya savaşını dayandırmır”.

 

Ekspert bildirib ki, İranın Ermənistan və Azərbaycanla sülh müqaviləsinin bağlanmasında əsas vasitəçiliyi mümkün deyil:

 

“Bunun üçün nə hüquqi, nə də siyasi müstəvidə beynəlxalq imicə malik deyil. Bundan əlavə, Azərbaycan-İran əlaqələrinin inkişafı Tehranın atacağı addımlardan asılı olacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...