ABŞ İsraildən HƏMAS-la bağlı nə istəyib? - Təl-Əviv o səhvi TƏKRARLAMAYACAQ 

ABŞ İsraildən HƏMAS-la bağlı nə istəyib? - Təl-Əviv o səhvi TƏKRARLAMAYACAQ 

İsrail-HƏMAS müharibəsində ABŞ birmənalı olaraq İsraili dəstəkləyir. ABŞ siyasi dəstək verməklə yanaşı rəsmi Təl-Əvivə gərgin vəziyyətdə daha düzgün qərarlar qəbul etməyə də köməklik göstərir. 


Sfera.az Britaniyanın “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, ABŞ İsraildən terrora qarşı mübarizədə 11 sentyabr hadisəsindən sonra rəsmi Vaşinqtonun yol verdiyi səhvləri təkrarlamamağı istəyib. 


ABŞ Prezidenti Co Bayden İsrailə səfəri zamanı bunu açıq şəkildə ifadə edib. Maraqlıdır ki, bundan sonra İsrail Qəzza zolağında qurudan əməliyyat keçirilməsini təxirə salıb, əraziyə humanitar yardımın çatdırılmasına şərait yaradıb. Bununla belə İsrail HƏMAS-la silahı yerə qoyana qədər mübarizə aparacağını, güzəşt etməyəcəyini bəyan edib. Bu o deməkdir ki, İsrail həm özü, həm də fələstinlilər üçün doğru olan ədaləti təmin etməkdən usanmayacaq.   


Xatırladaq ki, əkiz qüllələrin dağıdılmasından sonra Amerikanın İraq və Əfqanıstana hücumları yüz milyardlarla dollar və minlərlə insanın həyatı bahasına regionda daha pis vəziyyət yaratdı, sonralar isə yeni terror qrupları formalaşdı. Eyni səhvi İsrailin etməməsi üçün sona qədər mübarizə aparıb HƏMAS-ın kökü kəsiləcək. Bu məqsədlə zamanı gəldiyində hətta qurudan əməliyyatların keçirilməsi də mümkündür.

 
Gözlənilir ki, əməliyyatlar uğurla yekunlaşandan sonra ABŞ diplomatlarının səyi ilə HƏMAS-ın olmadığı yeni Qəzza qurulacaq. Qəzet yazır ki, yeni Qəzzanın qurulmasına və idarə olunmasına kömək etmək üçün ABŞ, Avropa İttifaqı, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla Qərb meylli ərəb dövlətlərinin ittifaqı formalaşdırılacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...