Gizlədilən həqiqət ÜZƏ ÇIXDI: Britaniya üsyankar qadınlar tərəfindən qurulub 

Gizlədilən həqiqət ÜZƏ ÇIXDI: Britaniya üsyankar qadınlar tərəfindən qurulub 

“Britaniyanın qurulmasında qadınların rolu kişilərin rolundan az olmayıb. Hətta deyərdim ki, Britaniya üsyankar qadınlar tərəfindən qurulub, amma uğur hekayələri kişilərin adı ilə əlaqələndirilib”.


Sfera.az xəbər verir ki, bu fikirlər müəllifi xanım Filippa Qreqori olan "Normal Qadınlar: 900 İllik Tarix" kitabında əksini tapıb.

 

Kitab müəllifi Britaniya üçün önəmli olan bir neçə tarixi hadisəni xatırladaraq qadınların tarixin bütün mərhələlərində rolunun yüksək olduğunu əsaslandırmağa çalışıb.

 

"The Telegraph"a istinadən həmin kitabdan qısa icmalı təqdim edirik:


"Konkret yazmaq lazımdırsa, qeyd edim ki, Britaniya xalqını, şərəfli tariximizi qadınlar yaradıb. Qadınlar müxtəlif formalarda -  iğtişaşçı, cinayətkar, işgüzar və islahatçı kimi böyük işlər görüblər. Lakin qadınların çoxşaxəli, önəmli fəaliyyətləri ilə bağlı tarixdə qeydlər çox azdır. 


Araşdırmalar zamanı məlum olur ki, 1066-cı il Norman fəthindən müasir dövrə qədər uzanan etiraz xəttində qadınların iştirakını, aktivliyini görmək olur. Məsələn, Norman fəthinin uğurlu alınmasında qadınlar böyük zəhmət sərf ediblər. Onlar Norman kralının meşələrinə girərək, kralın ov yerlərindən brakonyerlik ediblər və həmin torpaqların ələ keçirilməsi üçün əhəmiyyətli yolları müəyyənləşdiriblər. 


1381-ci ildə baş verən kəndlilərin üsyanında da əsas şəxs kimi Uot Taylerin adı keçir, qadınların adı çəkilmir. Əslində isə ilk iğtişaşlı etiraz hərəkəti iki qadın tərəfindən təşkil edilib. Bunlar Koan Xempkok və Aqnes Cenkindir. Həmin qadınlar üsyan ərəfəsində həbsdə olublar. Tayler üsyana başlamazdan öncə zindana hücum edərək qadınları azad etdirib. Bu proseslə yanaşı “Maidstone” həbsxanasında başqa bir qadının başçılıq etdiyi üsyan baş verib. Üsyanlar sonradan Londona çatıb və etirazçılar istəklərinə nail olublar. 


Qadınların Britaniya hakimiyyətinə problem yaratmasına görə sonralar əcaib bir qanun da qəbul edilir. Həmin qanuna əsasən, qadınların davranışına görə məsuliyyəti həm də onların həyat yoldaşı, yaxud valideynləri daşımağa başlayıb.


Qadınlar tarix boyu yoxsulluğa qarşı barışmaz mübarizə aparıblar. Onları buna uşaqlarının düşdüyü vəziyyət vadar edirdi. 


XVII əsrin sonundan XVIII əsrin ortalarına qədər olan aclıq illərində İngiltərədə demək olar ki, hər gün iğtişaşlar yaşanırdı. Bu iğtişaşlarda qadınlar daha aktiv idilər. Onlar pərakəndə taxıl satıcılarını yerli bazarda məhsulu ədalətli qiymətə satmağa məcbur edərək, qiymətlərin daha çox yüksəlməsinin qarşısını aldılar. 


XIX əsrdə qadınlar artıq ictimai və xeyriyyəçilik işlərinə girərkən, bəzən fəhlə sinfinə aid olan qadınlarla həmrəylik nümayiş etdirib qadına xas davranış göstərirdilər. Yoxsul qadınlar inanırdılar ki, zəhmətkeş insanlar ölkədə qanunlar qoymayana qədər yoxsulluğun sonu olmayacaq. 


XIX əsrin əvvəllərində Blekbern qadınları Qadın İslahatı Cəmiyyəti təşkil etdilər. Bu cəmiyyətdə birləşən qadınlar azadlıq uğrunda mübarizəyə başladılar, qadınların da kişilər kimi seçmək və seçilmək hüququnu tələb etdilər. 


Qadınlar daha sonra XX əsrin əvvəllərində qadınların səsvermə hüququna çağıran nümayişlərdə kütləvi şəkildə küçələrdə göründülər və o vaxtdan bəri bərabər maaş və ya yoxsulluğa qarşı yürüşlərin önündə oldular. 


Doqquz yüz illik dövrdə baş verənlər müasir britaniyalılara zəngin qadın etiraz ənənəsini miras qoyub. 


Tarix iğtişaşçı qadınları “gizlədəndə” biz münaqişənin cəmiyyətimizdə oynadığı mühüm rolu gözdən qaçırırıq, dəyişikliyin necə edildiyini unuduruq. Yaxşı qanunlar mexaniki şəkildə qəbul edilmir. Bu cür qanunların qəbulunu kimlərsə tələb etməlidir. Pis qanunlar nəzakətli xahişlə dəyişdirilmir, kimlərsə həmin qanunlara itaət etməməlidir. Yüz illər boyu qanunların ədalətli məcraya salınmasında qadınların böyük rolu olub".

 


Vasif


OXŞAR XƏBƏRLƏR

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...