“Pentaqon israillilərə kömək üçün zabitlər göndərib” - “The New York Times”

“Pentaqon israillilərə kömək üçün zabitlər göndərib” - “The New York Times”

İsrailin quru əməliyyatına nə vaxt başlayacağı sualı dünya mediasının əsas gündəminə çevrilib.

 

Sfera.az-ın məlumatına görə, “The New York Times” qəzeti yazıb ki, Vaşinqton Təl-Əvivin belə bir əməliyyata hazır olmadığını düşünür. Digər tərəfdən, Pentaqonun israillilərə kömək etmək üçün zabitlər göndərdiyi iddia olunub.

 

“Pentaqon general-leytenant Ceyms Qlinni digər zabitlərlə birlikdə israillilərə şəhər müharibəsinin çətinliklərində kömək etmək üçün göndərib”, deyə qəzet yazıb.

 

“The Times of Israel”in məlumatına görə, sözügedən ABŞ generalı İŞİD-ə qarşı xüsusi əməliyyat qüvvələrinə rəhbərlik edib: “Onun İraqın Fəllucə şəhərində ən şiddətli şəhər döyüşlərində xidmətləri olub”.

 

Məlumat mətbuatda yayılandan saatlar sonra Vaşinqton açıqlama verməli olub. Bildirilib ki, general Qlinnin təyinatı Pentaqonun İsrail adından qərarlar qəbul etməsi demək deyil.

 

Günay


OXŞAR XƏBƏRLƏR

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...