"Altı illik vegetarianlıqdan sonra yenidən ət yeməyə başladım" - Boudika Foks Leonard

Boudika Foks Leonard adlı xanım uzun illər ətli yeməklərdən imtina edib. Lakin sonradan qarşılaşdığı hadisə onun fikrini dəyişib.

 

Sfera.az Boudika Foks Leonardın "The Telegraph" üçün yazdığı yazını təqdim edir:

 

"Altı ildən artıqdır ki, ət yemirdim, odur ki, indi ətli qidanı həvəslə yeyirdim. Uzun illər ərzində nəyisə belə ağız dolusu çeynəməkdən məhrum idim. Bu illər ərzində adətən, oteldəki səhər yeməyində tərəvəzli kolbasanın dadına baxanda zarafatla masa yoldaşımdan soruşurdum: “Əminsən ki, ət deyil?”

 

O qədər uzun müddət idi ki, əsl əzələnin nə qədər çeynəməyə ehtiyacı olduğunu xatırlaya bilmirdim. Ətdən imtina etməyimin səbəbi yorğunluğum və ondan bezməyim idi. Bir-birindən ayrılmış toyuqli üçbucaq sendviçlər, plastik vərəqlər arasında hisə verilmiş qızılbalığın rombvari dilimləri, sellofan nimçələrdə düzbucaqlı ətlər - hamısı məni birdən-birə diksindirdi. Deyəsən, hamı ağılsızcasına ət yeyirdi.

 

Vegeterianlıqda genlər?

 

Yeni araşdırmada insan genlərinin vegetarianlıqla əlaqəli olduğunu sübut edir. Alimlər hesab edirlər ki, yemək və içkilərə üstünlük verilməsi təkcə dad deyil, həm də insan orqanizminin materialı necə metabolizə etməsidir.

 

"Dini və əxlaqi mülahizələr, şübhəsiz ki, vegetarian rasionunu qəbul etmək motivasiyasında böyük rol oynasa da, bizim genetik yaddaşımız belə bir rasiona riayət etmək qabiliyyətinin genetika ilə məhdudlaşdığını göstərir"-deyə tədqiqatın müəllifi, ABŞ Şimal-Qərb Universiteti, Feinberg Tibb Məktəbinin patologiya üzrə professoru Dr Nabeel Yaseen bildirir.

 

 

Vegetarianların əksəriyyəti ətdən imtinanın üç səbəbini qeyd edir: heyvanların qorunması, sağlamlıq faydaları və ətraf mühitlə bağlı narahatlıqlar.

 

Mənim dönüşüm, bəli, oyanış idi. Həftədə ən azı iki dəfə biftek yeyən və ucuz toyuq qaraciyərindən hazırlanan asan şam yeməyindən həzz alan birindən paxlalı yeməkləri və tərəvəzləri daha çox qəbul edən birinə çevrilmişdim. Daha çox Yaxın Şərq üslublu yeməklərə həvəsim artdı. Mən həmişə kafelərdə lobya-burger seçiminə lağ edirdim, amma indi o, mənim dəyərlərimə uyğun gəlirdi.

 

Bir vaxtlar KFC-dən həzz almış həmkarım indi Facon (saxta donuz) pəhrizində idi. Ciddi-ciddi düşünməyə başladım ki, ət yemək həqiqətən bu qədər pisdirmi?

 

Gündəlik işimdə təbiətə və heyvanlara əhəmiyyət verən insanlarla tanış olmaq şansım oldu.

 

​“İnəklərin gizli həyatı” kitabının müəllifi Rozmari Yanqla darmadağın edilmiş “Land Rover”də dağlıq tarlaları gəzdiyimiz günlərdə o, yalnız öz heyvanlarını yediyini etiraf etdi.

 

Dünya qarışıqlıq və ziddiyyətlərlə doludur. Qırmızı qanlı ətyeyən və ya lobya sevən vegan olmağınızdan asılı olmayaraq, qida zəncirinin harasına baxsanız, əzab var. Elə yavaş-yavaş ət və balıqların ətrafına çəkdiyim elektrik çəpərləri aşağı enməyə başladı.

 

Əvvəlcə yağlı balıq gəldi, ondan qaçdığım üçün gələcəkdə demans ola biləcəyimdən narahat oldum (yetkinlərdə normal beyin funksiyasının saxlanması üçün lazım olan omeqa-3 DHA çatışmazlığı). Amma alış səbətimə sardina və skumbriya qutularını yerləşdirərkən özümü sanki təhlükəsiz hiss etdim.

 

Pandemiya günlərində kəndə köçdüm. Qonşum Xosenin inadkar qoyunları ilə sevgi dolu münasibətinə şahidlik etdim. Landşaftları və torpağın sağlamlığını bərpa etmək niyyətində olan Böyük Britaniya fermerləri ilə görüş mənə göstərdi ki, əgər siz fərq yaratmağa çalışanları dəstəkləməsəniz, bizdə başqa model və ya seçim olmayacaq; intensiv, soya ilə qidalanmağa davam edəcəyik. Əlbəttə ki, yüksək keyfiyyətli, otla qidalanan, etik qaynaqlı ət yeyə bilmək böyük bir imtiyazdır.

 

İnsan sağlamlığı baxımından ətin mənşəyi vacibdir. Yüksək nitratlı ətlər kolorektal xərçənglə əlaqələndirilmişdir. Amma otla qidalanan malın əti omeqa-3 ilə zəngindir. Kiçik miqdarda ətin müntəzəm istehlakının ümumi sağlamlıq üçün faydalı olduğuna inanılır. İnsanın sağlam ömrünün ən uzun olduğu “Mavi zonalar” adlanan ərazidə yaşayan insanlar az miqdarda ət yeyirlər.

 

Odur ki, mən sağlamlıq baxımından nəyi itirdiyimi düşündüm. Bundan sonra dostlarımla Devon-Somerset sərhəddindəki “Tytherleigh Arms” görüşdüm. Burada ətlər təbii otla qidalanan sürülərə sahib olan yerli qəssablardan alınır. Özümü ət yeyənlərlə vegeterianlar arasındakı danışıqların baş tutduğu masada hiss etdim. Çünki onların hər biri bəyəndikləri rasionun faydalarını müzakirə edirlər. Ət yeyənlər veganları ələ salmağı, ikincilər isə birincilərə dar düşüncəli fanat kimi baxmağı xoşlayırlar. Düşündüm, bəlkə barışaq?

 

Mən bu düşüncəyə gəldim ki, biz heyvanlara və sağlamlığımıza hörmət edərək bəlli miqdarda ət yemək mədəniyyətinə sahiblənməliyik, ondan yalnız ehtiyacımız olan qədər götürməliyik".

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...