“Silahların təhvil verilməsini tələb edirlər. Nə edək?” – Şahramanyanın Paşinyanla telefon danışığı  

“Silahların təhvil verilməsini tələb edirlər. Nə edək?” – Şahramanyanın Paşinyanla telefon danışığı  

Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın buraxılmasına dair fərmanın mətni ilə şəxsən tanış olub.

 

Sfera.az bildirir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb. Nəşrin məlumatına görə, Paşinyan özü Samvel Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıb.

 

“Azərbaycan bütün dövlət qurumlarının buraxılması, silahların təhvil verilməsi tələblərini çatdıranda Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb. Eyni zamanda, onun vasitəçiliyi ilə Samvelin Paşinyanla tək telefon danışığı olub. Baş nazir Bakının bütün tələblərini yerinə yetirməyə və döyüşlərin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”, deyə “Hraparak” qeyd edib.

 

Xatırladaq ki,  19 sentyabr tarixində başladılan bir günlük antiterror əməliyyatlarından sonra Samvel Şahmaryan “Dağlıq Qarabağ Respublikasının” buraxılmasına dair fərman imzalayıb. O, bunu hərbi əməliyyatların dayandırılması üçün etdiyini deyib.

 

“2024-cü il yanvarın 1-dək onların idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və Dağlıq Qarabağ (Artsax) Respublikasının mövcudluğu dayandırılsın” - fərmanda vurğulanıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ağır xəstə olan Brüs Uillisin vəziyyəti pisləşib: Danışa yeriyə bilimir

Frontotemporal demensiyadan (FTD) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Brüs Uillis getdikcə real həyatl əlaqəni itirir. Onun vəziyyəti son vaxtlar ciddi şəki...

Bunu da sənayeyə çevirdilər: Yaponiyada ailə icarəyə verilir

Yaponiyada tək yaşayanların sayı ildən-ilə artır. Hətta izdihamlı şəhərlərdə insanlar bir-birindən daha da uzaqlaşır. Evlilik yaşı təxirə salınır, uşaq doğum sə...

Trampın xüsusi nümayəndəsi Qəzzaya gedəcək

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzaya gedəcək.   Sfera.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü ...

FHN Qarabağdakı yanğınla bağlı məlumat yaydı

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib. &...

Qurbanov RƏQİBDƏN DANIŞDI: "Bu vəziyyətlərdə daha təhlükəli olurlar"

"Yaxşı və istəkli komandaya qarşı oynayacağıq".   Sfera.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UE...

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Azərbaycan və Ukrayna İrpendə (Kiyev vilayəti) dörd sosial obyektin, o cümlədən idman məktəbi və incəsənət məktəbi tikintisinə dair sazişlər hazırlayır. &nbs...