Türkiyə İsveçin NATO üzvlüyünü Rusiyaya görə yubadır? - AÇIQLAMA

Türkiyə İsveçin NATO üzvlüyünü Rusiyaya görə yubadır? - AÇIQLAMA

İsveçin hələ də NATO-ya üzv qəbul edilməməsi müzakirə obyektinə çevrilib. Ötən gün Ankaradakı diplomatik mənbənin açıqlamaları bu mövzunu yenidən gündəmə gətirib.

 

Belə ki, sözügedən şəxs “RİA Novosti”yə danışarkən, NATO-nun genişlənməsi ilə bağlı Türkiyəyə edilən təzyiqlərin əbəs olduğunu vurğulayıb: “İsveç NATO-ya üzvlüklə bağlı ərizənin bir neçə həftə ərzində təsdiqini gözləyir. Sənəd çətin ki, yaxın müddətdə təsdiqlənsin. Bu məsələdə son sözü Türkiyə deyəcək”.

 

Bəs Türkiyə İsveçin NATO-ya üzvlüyünü niyə uzadır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bunun iki əsas səbəbi var:

 

“İsveç terrorçuları dəstəklədiyinə, Türkiyənin təhlükəsizlik maraqlarını görməzdən gəldiyinə görə Ankara bu dövlətin strateji maraqlarını nəzərə almır. Digər tərəfdən, Türkiyə həm də Avropa İttifaqına gedən yolunun açılmasını tələb edir. Ərdoğan bu barədə mövqeyini açıq ifadə edib - gərək Ankaranın Aİ-yə üzvlüyü yolundakı əngəllər aradan qaldırılsın ki, Türkiyə də İsveçin üzvlüyünü ratifikasiya etsin. NATO-nun genişlənməsi Rusiyanın təhlükəsizlik maraqlarının təhdid edilməsi deməkdir və Ankara bunu istəmir. İsveçin alyansa üzvlüyünün ratifikasiya edilməsi nəticəsində Moskva ilə münasibətlər pisləşə bilər. Odur ki, Ankara hələ tələsmir”.

 

Müsahibimiz bildirib ki, digər səbəblərdən biri Türkiyənin tədarükünü gözlədiyi ABŞ istehsallı F-16 qırıcı təyyarələri ilə bağlıdır:

 

“Uzun illərdir, bu məsələ ilə bağlı müzakirə gedir, amma Vaşinqton qırıcıların tədarükünü ləngidir.  NATO-nun genişlənməsi ABŞ-nin əsas məqsədlərindən biridir. Bu baxımdan, Ağ Ev Türkiyənin maraqlarına uyğun addım atmalıdır ki, Ankara da Stokholmun üzvlük ərizəsini təsdiqləsin. Ümumiyyətlə, NATO-nun genişlənməsi yaxın gələcək üçün real deyil. Türkiyə prosesi mümkün qədər uzatmağa çalışacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ağır xəstə olan Brüs Uillisin vəziyyəti pisləşib: Danışa yeriyə bilimir

Frontotemporal demensiyadan (FTD) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Brüs Uillis getdikcə real həyatl əlaqəni itirir. Onun vəziyyəti son vaxtlar ciddi şəki...

Bunu da sənayeyə çevirdilər: Yaponiyada ailə icarəyə verilir

Yaponiyada tək yaşayanların sayı ildən-ilə artır. Hətta izdihamlı şəhərlərdə insanlar bir-birindən daha da uzaqlaşır. Evlilik yaşı təxirə salınır, uşaq doğum sə...

Trampın xüsusi nümayəndəsi Qəzzaya gedəcək

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzaya gedəcək.   Sfera.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü ...

FHN Qarabağdakı yanğınla bağlı məlumat yaydı

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib. &...

Qurbanov RƏQİBDƏN DANIŞDI: "Bu vəziyyətlərdə daha təhlükəli olurlar"

"Yaxşı və istəkli komandaya qarşı oynayacağıq".   Sfera.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UE...

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Azərbaycan və Ukrayna İrpendə (Kiyev vilayəti) dörd sosial obyektin, o cümlədən idman məktəbi və incəsənət məktəbi tikintisinə dair sazişlər hazırlayır. &nbs...