\"Tehran görüşündən nəticə gözləməyə dəyməz, çünki...\" - Politoloq səbəbləri AÇIQLADI

\

“Tehranda 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatında keçirləcək görüşdən nəticə gözləməyə dəyməz”.


Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloq nəticənin iki səbəbə görə olmayacağını bildirib:


“Birincisi, Rusiya Gürcüstanın torpaqlarını işğal etdiyinə və bu ölkə ilə diplomatik münasibətləri kəsdiyinə görə 3+3 formatında iştirak etmir. Bu, Gürcüstanın təbii haqqıdır. 


İkincisi, 3+3 formatının digər iki iştirakçısı – Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmaması da regional əməkdaşlığa əsas əngəldir. Misal üçün xarici işlər nazirləri Tehranda təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edəcəklər. Bunların reallığa çevrilməsi üçün formatın digər iki üzvü – Rusiya və İran Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanmasını uzatmamağa çağırmalıdırlar. Belə çağırışlar yoxdur. Halbuki, Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığını genişləndirməyə çalışması Moskva və Tehranda narahatlıq doğurmalıdır”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Ağır xəstə olan Brüs Uillisin vəziyyəti pisləşib: Danışa yeriyə bilimir

Frontotemporal demensiyadan (FTD) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Brüs Uillis getdikcə real həyatl əlaqəni itirir. Onun vəziyyəti son vaxtlar ciddi şəki...

Bunu da sənayeyə çevirdilər: Yaponiyada ailə icarəyə verilir

Yaponiyada tək yaşayanların sayı ildən-ilə artır. Hətta izdihamlı şəhərlərdə insanlar bir-birindən daha da uzaqlaşır. Evlilik yaşı təxirə salınır, uşaq doğum sə...

Trampın xüsusi nümayəndəsi Qəzzaya gedəcək

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzaya gedəcək.   Sfera.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü ...

FHN Qarabağdakı yanğınla bağlı məlumat yaydı

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib. &...

Qurbanov RƏQİBDƏN DANIŞDI: "Bu vəziyyətlərdə daha təhlükəli olurlar"

"Yaxşı və istəkli komandaya qarşı oynayacağıq".   Sfera.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UE...

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Azərbaycan və Ukrayna İrpendə (Kiyev vilayəti) dörd sosial obyektin, o cümlədən idman məktəbi və incəsənət məktəbi tikintisinə dair sazişlər hazırlayır. &nbs...