Köçkünlərə verilən yardım bu vaxt dayandırılacaq - RƏSMİ AÇIQLAMA

Köçkünlərə verilən yardım bu vaxt dayandırılacaq - RƏSMİ AÇIQLAMA

​​​​​Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dəstək tədbirlərinin icrası onların öz doğma yurdlarına qayıdışı başa çatana qədər davam etdiriləcək.

 

Sfera.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi” məlumatında əksini tapıb.

 

Qeyd edilib ki, düşmən işğalından azad edilmiş əzəli Azərbaycan torpaqlarına Böyük Qayıdış məqsədinin reallaşdırılması ortamüddətli dövrdə ölkənin milli xərc prioritetlərindən birini təşkil edəcək. Bu istiqamətdə 2022-2026-cı illərdəhəyata keçirilməsi nəzərdə tutulan tədbir və layihələr "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb. Ortamüddətli dövrdə əhalinin dayanıqlı məskunlaşması üçün həmin ərazilərdə ilkin şəraitin yaradılması planlaşdırılır.

 

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası davam etdiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək və turizm infrastrukturu bərpa olunacaq.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...