Britni Spirs niyə tez-tez çılpaq fotolarını paylaşdığını AÇIQLADI

Britni Spirs niyə tez-tez çılpaq fotolarını paylaşdığını AÇIQLADI

Britni Spirs “The Woman in Me” (“İçimdəki qadın”) adlı yeni memuarında sosial şəbəkələrdə niyə tez-tez çılpaq foto və ya videolar yerləşdirməsinin səbəbini açıqlayıb.
 

Sfera.az bildirir ki, Britni Spirsin sosial şəbəkələrdə açıq-saçıq paylaşımlarına görə oğlanları Şon və Ceyden ondan üz döndəriblər. Uşaqlar atası Kevin Federlayn ilə Havayda yaşayırlar.

Britni öz memuarında yazır: “Bilirəm ki, çoxları niyə özümü çılpaq və ya açıq paltarda çəkməyi xoşladığımı başa düşmür.
Amma düşünürəm ki, əgər onların da şəklini başqaları çəksə, anlayacaqlar ki, özünü seksual hiss etdirəcək şəkildə poza vermək necə çətin olur. Əksərən şəkilləri özüm çəkməkdən böyük həzz alıram" - deyə Britni bildirib.

2021-ci ilin payızında atasının 13 illik qəyyumluğundan azad olan Spirs, son bir neçə ildə sosial media hesabında açıq-saçıq görüntülər yerləşdirməyə meylli olub. Bu səbəbdən ulduzun hər iki oğlu Şon və Ceydenlə münasibətlərinin gərgin olduğu bildirilirdi.
 

Bundan əlavə, Britni Spirs xatirə kitabının nəşri ərəfəsində qəribə bir status da paylaşıb.

 

Qeyd edək ki, kitab hələ nəşr olunmamışdan əvvəl çox səs-küyə səbəb olmuş və sənətçi ilə əlaqəsi olan hər kəsi əsəbiləşdirib. Müəllifin İnstaqramda yeni paylaşımı isə kitaba marağı daha da artırıb. Bu qədər maraq kitabın partlayış edəcəyinə işarədir.
 

Spirs İnstagramdakı səhifəsində "Cəhənnəmdə görüşənədək" başlığı ilə ürək formalı tort şəklini paylaşıb. O, statusu bir neçə emojili başlıqla paylaşıb və ənənəvi olaraq şərh yerini bağlayıb.




Britni bildirib ki, “İçimdəki Qadın” kitabı onun həyatı haqqında bütün həqiqəti mediadakı xəbər və dedi-qodular vasitəsilə deyil, birinci şəxs kimi söyləmək üsuludur. Hətta mətbuata sızan nadir açıqlamalar belə kitabın çox səmimi olacağını və pərəstişkarlarının 90-cı illərin sonlarının pop ikonu haqqında çoxlu yeni şeylər öyrənəcəyini göstərir.


Məsələn, sənətçi ilk dəfə 14 yaşında böyük qardaşı Brianın 17 yaşlı ən yaxın dostu ilə birlikdə olduğunu yazır. Bununla belə, o, əvvəllər Castin Timberleykin onun ilk kişisi olduğu bildirilmişdi.
 

Ulduz həmçinin etiraf edib ki, 19 yaşında Timberleykdən hamilə qalaraq, abort etdirib. Spirs bunun onun üçün çox ağrılı qərar olduğunu vurğulasa da, Timberleykin erkən ata olmağa hazır olmadığını və körpəni istəmədiyini yazıb.
 

Atası Ceymi Spirs isə Britninin kitabını oxumaq fikrində deyil. Yaxın dostu Paris Hilton isə kitabı səbirsizliklə gözləyir və Britnini bu nailiyyəti münasibətilə təbrik edib.

 

Aynil

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...