Fələstinli qadın Rolex və Chanel aksesuarları ilə Qəzzada yoxsulluqdan şikayətləndi - FOTO

Fələstinli qadın Rolex və Chanel aksesuarları ilə Qəzzada yoxsulluqdan şikayətləndi - FOTO

Ravan Kassab adlı fələstinli qadın “Rolex”, “Chanel” və “Hermes” brendlərinin aksesuarları taxaraq Qəzza zolağındakı yoxsulluqdan şikayətlənib.

Sfera.az bildirir ki, Düsseldorfda Fələstin uğrunda yürüş və mitinq keçirilib. Kassab da həmin yürüşdə iştirak edib. O, səhnədən İsrail əleyhinə şüarlar səsləndirib.
“Bild”in məlumatına görə, qızın əynində 5000 avro dəyərində “Rolex” saatı, 1800 avro dəyərində “Chanel” idman ayaqqabısı və 615 avro dəyərində “Hermes” qolbağı olub.


O, qadın və uşaqların ölümündə İsraili günahlandırıb və ölkəni “seriyalı qatil” adlandırıb.


Nəşrin nümayəndələri ilə söhbətində Kassab Almaniyada doğulduğunu və yaşadığını, eyni zamanda özünü fələstinli hesab etdiyini bildirib. Qadının adı polisdə qeydiyyatda deyil.


İslam eksperti Ralf Ghadban qadının Qəzza zolağının acınacaqlı vəziyyətindən məhz dəbdəbəli əşyalar geyinərək danışmasının şübhəli olduğunu qeyd edib. Bu, həm də mütəxəssisin qeyd etdiyi kimi, Almaniyada bütün mümkün vasitələrlə İsrailə nifrətin qızışdırıldığını göstərir.
 

Bundan əvvəl, oktyabrın 7-də Həmas terrorçuları Qəzza zolağından İsrailə qarşı hücuma keçib. Terrorçular İsrailin cənub bölgələrinə hücum edərək bir neçə şəhəri nəzarətə götürüb, həmçinin yüzdən çox insanı girov götürüblər. Terrorçular Qəzza zolağı ilə sərhəd yaxınlığında təşkil edilən musiqi festivalına gələnləri də güllələyiblər.
 

Sonradan İsraildə rəsmi müharibə elanı olan “40-cı maddə Alef” tətbiq olunub. Xatırladaq ki, sonuncu dəfə bu bənd 1973-cü ildə Yom Kippur müharibəsi başlayanda tətbiq edilib.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...

Ağır xəstə olan Brüs Uillisin vəziyyəti pisləşib: Danışa yeriyə bilimir

Frontotemporal demensiyadan (FTD) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Brüs Uillis getdikcə real həyatl əlaqəni itirir. Onun vəziyyəti son vaxtlar ciddi şəki...

Bunu da sənayeyə çevirdilər: Yaponiyada ailə icarəyə verilir

Yaponiyada tək yaşayanların sayı ildən-ilə artır. Hətta izdihamlı şəhərlərdə insanlar bir-birindən daha da uzaqlaşır. Evlilik yaşı təxirə salınır, uşaq doğum sə...

Trampın xüsusi nümayəndəsi Qəzzaya gedəcək

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzaya gedəcək.   Sfera.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü ...

FHN Qarabağdakı yanğınla bağlı məlumat yaydı

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib. &...

Qurbanov RƏQİBDƏN DANIŞDI: "Bu vəziyyətlərdə daha təhlükəli olurlar"

"Yaxşı və istəkli komandaya qarşı oynayacağıq".   Sfera.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UE...