Azərbaycanda tədqiqatın inkişafı ölkədaxili fəaliyyət istiqamətlərindən kənarda qalıb – Problem

Azərbaycanda tədqiqatın inkişafı ölkədaxili fəaliyyət istiqamətlərindən kənarda qalıb – Problem

“Beynəlxalq hesabatlarda qeyd edilir ki, Azərbaycan universitetləri yüksək keyfiyyətli, dünya elminə töhfə verə biləcək tədqiqatlar ortaya qoymağa qabil deyil”.

 

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib:

 

“Bu səbəbdən də universitetlər beynəlxalq tədqiqat proqramları ilə əməkdaşlıq edə bilmir”. 

 

Qeyd edək ki, müqayisəli statistik göstəricilər də bunu təsdiqləyir. Azərbaycanda elmi-tədqiqatın əsas beynəlxalq maliyyəçisi Avropa İttifaqıdır (Aİ). Üçüncü ölkə kimi Azərbaycan Aİ-nin əsas tədqiqat və innovasiya fondu olan Horizon 2020 proqramından yararlana bilirdi. Buna baxmayaraq, aşağıdakı cədvəldə göründüyü kimi, digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə, Azərbaycan bu proqram çərçivəsində potensial əməkdaşlıqlarda olduqca zəif iştirak edib. Xüsusilə də, əhali sayına nisbətdə bu rəqəmlər narahatedicidir və bu, Azərbaycanda elm sahəsində ciddi institusional, infrastruktur, iqtisadi və siyasi islahatlara gərək olduğunu göstərir.

 

Cənubi Qafqaz ölkələrinin Aİ-nin Horizon 2020 tədqiqat və innovasiya fondu ilə əməkdaşlıq üzrə əsas göstəriciləri:

 

Ayırılmış elmi-tədqiqat qrantı sayı

İştirakçı tədqiqat institutu sayı

Xərclənən ümumi məbləğ (milyon avro)

Azərbaycan

20

22

1.58

Ermənistan

37

45

5.13

Gürcüstan

58

65

8.89

 

Nəticələr onu göstərir ki, ali təhsilin ən önəmli funksiyalarından olan tədqiqatın inkişafı ölkədaxili fəaliyyət istiqamətlərindən kənarda qalıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...