Məktəbin qarşısında qızlara əxlaqsız təkliflər etdi, cəzalandırıldı

Məktəbin qarşısında qızlara əxlaqsız təkliflər etdi, cəzalandırıldı

Bu ilin mart və may aylarında Bakının Sabunçu rayonundakı məktəblərdən birinin qarşısında şagirdlərə əxlaqsız təkliflər edən taksi sürücüsü cəzalandırılıb.

 

Sfera.az xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılmış 1977-ci il təvəllüdlü Bəxtiyar Quliyevə (şərti) hökm oxunub. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 3 ay müddətinə həbs cəzası verilib.

 

Araşdırmalar zamanı məlum olub ki, icarəyə götürdüyü “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərən Bəxtiyar ilk dəfə martın əvvəllərində məktəbin qarşısına gəlib. O, avtomobildən düşmədən 2010-cu il təvəllüdlü şagirdi pəncərədən çağırıb, ona qeyri-etik təkliflər edib.

 

Növbəti dəfə o, mayda həmin məktəbin önünə gəlib və yenə maşından enmədən 2008-ci il təvəllüdlü şagirdə əxlaqsız təkliflər edib. Birinci hadisədə 13 yaşlı qız qorxaraq qaçıb. May ayında baş verən hadisə zamanı isə 9-ci sinifdə oxuyan qız qışqıraraq haray salıb və hadisə barədə yaxınlarına məlumat verib.

 

Bundan sonra axtarış tədbirləri həyata keçirilib və Bəxtiyar Quliyevin şəxsiyyəti müəyyən edilib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...