“Paşinyan bunu edərsə, Paris sülhə imkan verməyəcək” -  AÇIQLAMA

“Paşinyan bunu edərsə, Paris sülhə imkan verməyəcək” -  AÇIQLAMA

Ermənistan müdafiə naziri Suren Papikyan Fransaya səfər edib. Görüş çərçivəsində iki ölkə arasında hərbi-texniki əməkdaşlıq və silah alışı sazişinin imzalanacağı gözlənilir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki,  illərdir Ermənistanı silahlandıran Rusiya artıq bunu dayandırıb və onun yerini Fransa dolduracaq:

 

“Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatmasına baxmayaraq, sülh sazişi bağlanmadığına görə müharibə riski var. Fransanın Ermənistanla silah sazişi Azərbaycanın İtaliya, Böyük Britaniya və digər Avropa ölkələri ilə silah sazişi imzalamasına gətirib çıxaracaq. Ermənistanın maliyyə imkanları bir neçə ölkə ilə böyük partiyada silah sazişi bağlamağa imkan vermir. Təkcə Fransa ilə silah sazişi mümkündür. Amma Azərbaycan Ermənistandan fərqli olaraq maliyyə imkanlarına görə bir neçə ölkə ilə silah sazişini həyata keçirə biləcək. Məhz Avropa ölkələri də Azərbaycanla silah sazişində maraqlıdır”.

 

Ekspert bildirib ki, Ermənistan Fransanın vasitəsilə silahlanıb şərti sərhəddə təxribatlara əl ata biləcəyini düşünür:

 

“Amma Azərbaycanın hərbi gücü imkan verir ki, bundan sonra da Ermənistanı küncə sıxışdırsın. Düşünürəm ki, Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil, çünki silah satışını həyata keçirmək, regionda mövqeyini gücləndirmək istəyir.  Ermənistan Baş naziri Nikol Paşinyan Fransa ilə hazırkı siyasətini davam etdirəcəksə, Paris sülhə imkan verməyəcək. Nəticədə proseslər Ermənistanın əleyhinə işləyəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ağır xəstə olan Brüs Uillisin vəziyyəti pisləşib: Danışa yeriyə bilimir

Frontotemporal demensiyadan (FTD) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Brüs Uillis getdikcə real həyatl əlaqəni itirir. Onun vəziyyəti son vaxtlar ciddi şəki...

Bunu da sənayeyə çevirdilər: Yaponiyada ailə icarəyə verilir

Yaponiyada tək yaşayanların sayı ildən-ilə artır. Hətta izdihamlı şəhərlərdə insanlar bir-birindən daha da uzaqlaşır. Evlilik yaşı təxirə salınır, uşaq doğum sə...

Trampın xüsusi nümayəndəsi Qəzzaya gedəcək

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzaya gedəcək.   Sfera.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü ...

FHN Qarabağdakı yanğınla bağlı məlumat yaydı

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib. &...

Qurbanov RƏQİBDƏN DANIŞDI: "Bu vəziyyətlərdə daha təhlükəli olurlar"

"Yaxşı və istəkli komandaya qarşı oynayacağıq".   Sfera.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UE...

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Azərbaycan və Ukrayna İrpendə (Kiyev vilayəti) dörd sosial obyektin, o cümlədən idman məktəbi və incəsənət məktəbi tikintisinə dair sazişlər hazırlayır. &nbs...