Ağdaş sakini mağazada bədbəxt hadisə nəticəsində ölüb

Ağdaş sakini mağazada bədbəxt hadisə nəticəsində ölüb

Ağdaşda mebel mağazasında bədbəxt hadisə baş verib.

 

Sfera.az xəbər verir ki, mebel mağazasında çalışan Ağdaş sakini, 1990-ci il təvəllüdlü Polad Abdullayevin üzərinə iş zamanı şüşə aşıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Polad Abdullayev orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR