Uşaq sahibi olmaq üçün mükəmməl yaş neçədir? - "The Telegraph"ın ARAŞDIRMASI

Uşaq sahibi olmaq üçün mükəmməl yaş neçədir? -

Düzgün cavabı tapılmayan milyon dollarlıq sual: uşaq sahibi olmaq üçün ən yaxşı vaxt nə vaxtdır?

 

Sfera.az xəbər verir ki, "The Telegraph" məsələ ilə bağlı araşdırma aparıb.

 

Araşdırmaya görə, qadınların əksəriyyəti 30 və ya 40 yaşlarında uşaq sahibi olmağı seçir, ya da heç seçmir. 30-cu illərin ortalarında tibbi müalicədəki irəliləyişlər çoxları üçün sonradan ana olmaq seçimi verib. İngiltərə və Uelsdə indi 40 yaşdan yuxarı uşaq dünyaya gətirən qadınların sayı yeniyetmə anaların sayından iki dəfə çoxdur. Bütövlükdə, İngiltərədə doğum nisbətləri son 20 ilin ən aşağı səviyyəsinə çatıb və bu, inkişaf etmiş ölkələr arasında doğumların sayında uzunmüddətli azalmanın əksini tapıb.

 

Böyük Britaniyada ilk dəfə ana olanların orta yaş həddi 2021-ci ildə 30,9 yaşa çatıb. Bu göstəricinin daha da artması təəccüblü deyil, çünki ana olmaq istəyənlər hamiləliyin bioloji yaşını saysız-hesabsız digər amillərlə balanslaşdırmalıdırlar: karyera perspektivləri, mənzil, və bir çox qadınların analıqdan məhrum olduqlarını hiss etmələri faktı.

 

Xüsusilə, maliyyə təzyiqi böyük görünür. Belə ki, bu ilin əvvəlində 18-35 yaşlı böyüklər arasında "Censuswide" tərəfindən aparılan bir sorğu nəticəsi göstərib ki, respondentlərin üçdə ikisindən az hissəsi uşaq sahibi olmamaq qərarına gəlməsində və ya gecikdirilməsində bir nömrəli amil kimi maliyyə məsələsini qeyd edib. ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun Danimarka əhalisinə dair məlumatlara baxan hesabatında uşaq sahibi olmanın uzunmüddətli perspektivdə qadınlar üçün 20% gender maaş fərqi yaratdığı ortaya çıxıb.

 

Beləliklə, uşaq sahibi olmaq üçün ən yaxşı onillik hansıdır?

 

Daha az qadın 20 yaşlarında uşaq sahibi olmağı seçsə də, bioloji yaş olanların tərəfindədir. Tədqiqatlar göstərir ki, 30 yaşdan aşağı hamilə qalmağa çalışan qadınların bir il ərzində 85% şansı var. 40 yaşa qədər olanlarda isə bu, 44%-ə qədər azalır.

 

Portlend Xəstəxanasındakı London Doğuş Klinikasının reproduktiv tibb üzrə məsləhətçisi Sezar Diaz-Qarsiya:

"Qadınlar üçün məhsuldarlığın zirvəsi təxminən 20-ci yaşların ortalarındadır. “IVF" müalicələri ilə məhsuldarlığa gəldikdə, biz qadınlarən 30 yaş ortalarında daha pis nəticələr görməyə başlayırıq. Yumurtaların genetik keyfiyyəti pozulmağa başlayır ki, bu da onların xromosom anomaliyalarını daşıma ehtimalının daha yüksək olması deməkdir”.

 

Bəlkə də, təəccüblüdür ki, ictimai rəy hələ də 20 yaşının sonlarında olan anaların lehinədir. "2021 YouGov" sorğu nəticələri göstərib ki, ictimaiyyətin əksəriyyəti qadınların ana olmaq üçün “ideal” yaşını 28 yaş hesab edir, baxmayaraq ki, bu, ölkə üzrə orta göstəricidən iki il azdır. 81% hesab edib ki, 46-dan yuxarı yaş ana olmaq üçün çox qocadır. Lakin respondentlər yaşlı atalara daha mülayim yanaşıblar.

 

Bununla belə, 20 yaşın ortalarına qədər karyeranıza vaxt ayırmaq daimi gəlirinizə təsir edə bilər. Danimarkadakı bir araşdırma, gənc anaların maddi vəziyyətinin daha pis olduğunu göstərib. İlk körpələrini dünyaya gətirəndə 31 yaşında və ya daha böyük olan qadınların ömürlük gəlirləri 31 yaşından əvvəl körpəsi olan qadınlardan daha yüksək olub. Tədqiqatlar göstərib ki, bu yaşdan əvvəl uşaq sahibi olmaq, qadının ömürlük qazancını iki dəfə azaldıb.Tədqiqat həm kollec təhsilli, həm də kollec təhsili olmayan qadınlar üzərində aparılıb və bu təsir bütövlükdə aşkar edilib.

 

Maliyyə Tədqiqatları İnstitutunun məlumatları göstərir ki, ilk uşaqları doğulduqdan 12 il sonra britaniyalı qadınlar eyni yaşda olan kişilərdən orta hesabla 33 % az maaş alırlar. Məntiqlə, nə qədər tez ana olmağa başlasanız, maaş uçurumu bir o qədər tez başlayır.

 
Şotlandiyanın Fayf şəhərindən olan 45 yaşlı Linda Hamilton Parker 1999-cu ilin aprelində ilk övladını dünyaya gətirəndə 20 yaşında olub:

 

“Hamilə qalanda əslində hələ tələbə idim. Qızım altı aylıq olanda məzun oldum. Bu halda karyeranız mütləq arxa plana keçir. Buna heç bir şübhəniz olmasın. Mən son 15 ildə yazıçı və naşir kimi sərbəst işləmişəm”.


Parker əvvəlcə maddi çətinlik çəkib. PR köməkçisi işini tərk edib qızına qulluq etmək üçün valideynləri ilə birlikdə yaşamalı olub:

 

"Mənə dəstək, həqiqətən, az idi.  Valideynlərim qızımın atası ilə münasibətimi dəstəkləmədilər. Bir neçə dəfə ayrıldıq və yenidən bir araya gəldik, nəhayət, qızımız iki yaşına çatanda tamamilə ayrıldıq. Mənim mənəvi dəstəyim yox idi və özümü inanılmaz dərəcədə tənha hiss edirdim. Atam altı aya qədər hamilə olduğumu bilmədi.Müxtəlif yaşlarda ana olmuş dostlarım var. Dostlarımdan ikisi 40 və 50 yaşlarında uşaq sahibi olublar. Onlara deyirəm ki, karyeranızı qurmusunuz, hər şeydən daha çox həzz almaq üçün pulunuz var. Onlar isə mənə "səni uşaqlarınla görəndə qısqanıram, çünki çox gənc qalmısan” deyirlər. 

 

“50 yaşlarında uşağı olan dostum dedi ki, o, çox yorğundur və gəncliyindəki kimi enerjili deyil. Digər rəfiqəmin 40 yaşlarında uşağı oldu və hamiləliyində fəsadlar yaşadı. Ona hamilə qalmaq daha çətin idi. Düşünürdü ki, daha gənc yaşda cəhd etsəydi, daha tez hamilə qala bilərdi və bu, ona daha çox seçim şansı verərdi”.


İlk dəfə ana olanların orta yaş həddi onilliklər ərzində artır: 1990-cı ildə 27,7 idisə, indi 30,9-dur. 30 yaşlarında olan qadınların doğuşu indi bütün digər yaş qruplarını geridə qoyur. "ONS" məlumatlarına görə, 2021-ci ildə 20-24 yaşlı analar tərəfindən 75 602, 25-29 yaşlılar üçün 163 223, 30-34 yaşlı analar tərəfindən 216 738 və 35-39 yaşlı qadınlar tərəfindən isə 124 942 körpə doğulub.

 

Bəzi araşdırmalar sübut edir ki, maliyyə baxımından 30-lu yaşların əvvəlləri ən yaxşı vaxtdır və hamilə qalma şansınız hələ də yüksəkdir.

 

30 yaşında bir qadının hamilə qalma şansı 20 yaşının sonlarına nisbətən bir qədər aşağıdır: 30 yaşında bir il ərzində 75 %, 35 yaşında isə 66 %. Bu, 35-40 yaş arasında daha sürətlə azalır, yumurtaların sayı və keyfiyyəti aşağı düşür.

 

“New Telegraph Money” təhlili göstərir ki, 40 yaşlarında uşaqları olan qadınların təqaüdləri gənc analara nisbətən daha azdır. Müəyyən edilib ki, 30 yaşında uşaq sahibi olmaq üçün iki illik fasilə verən qadın, 40 yaşında doğum edən qadından 11 min funt sterlinq daha çox təqaüd alacaq.

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...