Laçınlı deputatla atası qanunları necə tapdalayırlar?

Laçınlı deputatla atası qanunları necə tapdalayırlar?
 
Laçının deputatı Mahir Abbaszadə barəsində hər gün ifşaedici faktlar meydana çıxır; Məlum olur ki, millət vəkili və ətrafı bütün vəzifələri zəbt ediblər...

Abbaszadələr özlərini köhnə əsrin adamları - ağa kimi aparırlar. Buna görə onları himayə edən qüvvələr var. Həmin qüvvələrin hansı rayon icra hakimiyyətlərinə rəhbərlik etdiyi haqda detallı xəbərlər vermişik. 

Üstəlik, deputat qabaqdangəlmişlik edib ondan heç kəsin şikayət etmədiyini, seçiciləri dinləyib problemlərini həll etdiyini vurğulayır. 

Halbuki, onun sözlərini alt-üst edən şikayətlər var və bu haqda az sonra. İndisə ordan başlamaq lazımdır ki, deputatın qardaşı Zahir Abbas özünü mandatlı toxunulmaz şəxs kimi aparır. Onun hərəkətləri, sosial şəbəkələrdə hədyanlar yağdırması dillərdə əzbərdir. 
 


İctimaiyyət deputatın qardaşının necə biri olduğunu artıq xarakterizə edir. Bu azmış kimi, portalımızın direktoru Xəyyam Salmanzadəni təhqir etməsi deputat qardaşının hansı səviyyənin sahibi olduğunu göstərir. 
Və Z.Abbasın deputat qardaşı da öz ranqında ondan geri qalmır. Bir müsahibə ilə özünü darmadağın edərək qırmızı yalanlar danışan M.Abbaszadə 47 seçici qəbul etdiyini deməklə biabır oldu. 

Onu fakt qarşısında qoyan növbəti şikayət isə Qarabağ döyüşlərində iştirak edən Mahir Rzayevin 6 uşağı və həyat yoldaşı ilə vaqonda yaşamasıdır. 
Sumqayıtda məskunlaşan Qarabağ veteranının yaşadığı ərazi qəbiristanlığın altında kanalizasiya sularının axdığı yerdir. 
 


Kadrlarda M.Rzayev prezidentə müraciət edərək məmur özbaşınalığından şikayət edib. Onun sözlərinə görə, bu günə qədər heç bir qurumdan dövlət yardımı almayıb: "Mənə ayrılan torpaq sahəsini Sumqayıt şəhər İH-nin rəhbəri Zakir Fərəcov zəbt edərək, hektarlarla ərazini satışa buraxıb".

Qarabağ veteranının sözlərinə görə, dəfələrlə prezidentə müraciət məktubu ünvanlasa da heç bir cavab almayıb: "Əlavə olaraq məni polisə verirlər ki, qorxub geri çəkilim. Bütün hüquqlarım tapdalanır".

Övladlarını hazırda heç bir məktəbin qəbul etmədiyini deyən M.Rzayev bunun səbəbəini bilmədiyini söyləyib: "Nəyə görə mən Vətən uğrunda can verərkən, kol dibində gizlənənlərin övladları xaricdə təhsil almalıdır, mənim övladlarım isə can qoyduğum Vətəndə heç bir təhsil görməməlidir?! 

Xalqın qanını soran məmurların övladları məktəbə gedərkən, mənim uşaqlarım onların dalınca baxaraq, həsrətlə göz yaşı tökürlər. Xahiş edirəm bunların səbəbləri araşdırılsın ki, nəyə görə bu əzablar bizə yaşadılır…"

O bildirir ki, sakinlər onun övladlarının təhsil alması üçün məktəbli forması alıblar, ancaq məktəb onun uşaqlarını qəbul etmir: "Hansı məktəbə müraciət edirəm, deyirlər ki, qəbul edə bilmərik. Xahiş edirəm, bu haqda ölçü götürülsün".

Qarabağ veteranı bütün qurumlara ərizələrlə, məktublarla müraciət etdiyinə baxmayaraq heç bir tədbir görülmədiyini vurğulayıb: "Nə ünvanlı sosial yardım verilmir, nə də ev tikmək üçün torpaq sahəsi ayrılmır".

"Bu vaxta qədər mənim övladlarım heç bir yaşayış tərzi görməyiblər, rahat yaşamayıblar", - deyən M.Rzayev sözlərinə belə davam edib: 

"Saxta sənədlərlə xalqını sevməyən insanları İcra Hakimi, millət vəkili qoyanda, onlar da heç bir zaman xalqın qayğısına qalmırlar. Bu sözlərim Laçın İH-dən millət vəkilinə kimi, Sumqayıt İH-dən Memarlıq Şöbəsinə kimi hamısına aiddir. Çünki hər zaman mənim hüquqlarımı tapdalayıblar".

Politika.Az-a daxil olan məktubda isə deputatın atasının 73 yaşında vəzifədə olmasıdır. Məktubu dərc edirik: "Deputatın 73 yaşındakı məktəb direktoru işləyən atasından yazsanız çox sevinərdik.

Onun fikri ölənə kimi direktor işləməkdir. Adamı olmayan isə 65 yaşı tamam olmamış çıxarılır. Tapdıq Abbasova isə qanunun gücü çatmır. Əhatəsindəki hamını da bezdirib. 

Öz kəndçilərinin əksəriyyəti direktorla küsülüdür. Sadəcə pulu oldu, qabağa getdi. Tapdıq Abbasov bu günlərdə əmisi oğlu Baba Abbasovla savaşıb. Qanunla qadağan olunmuş halda Tapdıq Abbasov direktor işləyir”.

Göründüyü kimi, təhsil naziri Mikayıl Cabbarov yaş senzini nəzərə almadan, deputatın atasını direktor vəzifəsində saxlayır. 

M.Cabbarova gənc, perspektivli kadr lazım deyilmi? Niyə nazir qanunları tapdalayır? Deputatın atasıdır deyə vəzifədə saxlanmalıdır? Təbii ki, nazirlik bu suallara cavab verməlidir. 

M.Abbaszadə isə fakt axtarışındadır və bu da ona həm şikayətçi, həm öz ailə podratını təsdiqləyən faktlar. Ümumiyyətlə, Mahir Abbaszadə də Zakir Fərəcovun himayəsində olan millət vəkilidir. Bu faktlar Laçın ictimaiyyətinə heç də gizli olmayan detallardır. 

Yeri gəlmişkən qeyd edək ki, həm Laçının və Salyanın icra başçıları - S.Hətəmov və A.Nəzərli, həm Laçının indiki deputatı M.Abbaszadə Fərəcovun həmkəndlisi və qohumlarıdır. 

Konkretləşdirsək demək olar ki, M.Abbaszadə ilə S.Hətəmov dayı - bibi oğludurlar. Hətta Abbaszadə deputat olana qədər Hətəmovun biznesini idarə edirmiş. 
Bütün bu faktlar onların bir-birinə nə dərəcə bağlarının olduğunu əks etdirir. O da iddia olunur ki, Laçının icra başçısı olan Aqil Nəzərlinin xanımının babası Vaqif Güləbirdli bir zamanlar cinayət məsuliyyətinə cəlb olunub. 

Mətbuatda və sosial şəbəkələrdə yayılan xəbərlərdə "Güləbirdli Vaqif” ləqəbi ilə adı keçən Vaqifin ermənilərlə işbirliyində olduğu iddia edilib. Buna görə də cinayət məsuliyyətinə cəlb olunub.



OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...