“Red Bull Car Park Drift”in final mərhələsi keçirildi - FOTOLAR

“Red Bull Car Park Drift”in final mərhələsi keçirildi - FOTOLAR

Dünən “Red Bull Car Park Drift” təbdiri ikinci dəfə olaraq Bakıda keçirilib. Motorsport həvəskarları yenə də ən sürətli drift yarışında öz bacarıqlarını sınayıblar.

 

Sfera.az xəbər verir ki, yarış boyu iştirakçılar driftinq bacarıqlarını göstərməklə bərabər, “pendulum”, “spiral”, “gate”, “flipper” adlı maneələri də keçiblər.

 

Milli Finalçı adını qazanmaq istəyən iştirakçı “Red Bull Car Park Drift”də xüsusi hazırlanmış maneələrin öhdəsindən gəlməklə münsifləri heyrətləndirməli və 400 xal üstündən ən yüksək xalı toplamalıydı.

 

Bundan əlavə, drifterlər həm də maşınlarının görünüşü, səsi və təkərlərdən çıxan tüstünün həcminə görə də qiymətləndirilib.

 

“BOX” adlanan maneə isə iştirakçının taleyini həll edib. Çünki burada sürücülər maşınlarını dairəvi şəkildə döndürməli və maneələrlə dolu kiçik dördkünc çərçivənin ətrafında drift etməlidirlər. Əgər sürücülər fırlanaraq yanlış istiqamətə dönərlərsə və ya maneəyə dəyərlərsə xallar azalır. Üç penaltidən sonra isə oyundan kənarlaşdırılırlar.

 

Ən yüksək nəticəni əldə edib Milli Finalçı adını qazanan 99-NG-996 qeydiyyat nişanlı avtomobili idarə edən Niyaz Bədiyev olub. Nəticədə, o, ölkənin ən yaxşı drifteri seçilib və “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil edəcək.

 

 

Qeyd edək ki, yarışın xüsusi qonağı kimi Hiss ləqəbiylə tanınan müğənni Röya Məmmədova da tədbirdə iştirak edib. O, yeni trekini səsləndirib.

 

Firuzə Əliyeva

Fotolar: Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...