İsveçin “NATO çarəsizliyi”: “Son sözü Türkiyə deyəcək”
İsveçin NATO-ya üzvlük prosesi uzanır.
Sfera.az bildirir ki, bu barədə Ankaradakı diplomatik mənbə “RİA Novosti”yə açıqlama verib. O, qeyd edib ki, mövcud təzyiqlərə baxmayaraq, Türkiyənin ratifikasiyası uzun çəkəcək.
“Yaxın Şərqdəki vəziyyət və Ankaranın bütün şərtlərinin İsveç tərəfindən yerinə yetirilməməsi səbəbindən ratifikasiya prosesi sürətlə getməyəcək. Son sözü Türkiyə deyəcək. Bizə təzyiq cəhdləri əbəsdir”, - agentliyin həmsöhbəti bildirib.
İsveç mediasının məlumatına görə isə, hökumət NATO-ya müraciətinin Türkiyə tərəfindən bir neçə həftə ərzində ratifikasiya olunacağını gözləyir.
Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda NATO-ya üzv olmaq üçün ərizə təqdim ediblər. Finlandiya aprelin 4-də alyansın 31-ci üzvü olub. İsveçin müraciəti hələ də Macarıstan və Türkiyədən yekun təsdiq almayıb.
Günay