İdmançılarımız Avropada daha 3 qızıl medal qazandılar

İdmançılarımız Avropada daha 3 qızıl medal qazandılar

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında daha üç qızıl medal qazanıblar.

 

Sfera.az xəbər verir ki, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), eləcə də Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans hərəkətlərində, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü isə temp hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Bununla da akrobatika gimnastikası üzrə Azərbaycan millisinin qitə çempionatında qazandığı medalların sayı doqquza çatıb. Yığma daha əvvəl 4 qızıl və 2 gümüş mükafat əldə edib.


OXŞAR XƏBƏRLƏR

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...

2 əsrlik Əlifba mücadiləmiz

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey&...

Dövlətə ərzaq satışı: Təkliflərin qəbuluna başlanıldı

Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar teda...