Gəncədə ölümlə nəticələnən qəza baş verdi

Gəncədə ölümlə nəticələnən qəza baş verdi

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Hərəkətdə olan "Chevrolet" markalı minik maşını orta yaşlı kişini vurub.

 

Piyada hadisə yerində ölüb.

 

Onun kimliyi dəqiqləşdirilir.


OXŞAR XƏBƏRLƏR