Şair Balayar Sadiq insult keçirib

Cəmiyyət
21:56 / 22.10.2023
6244
Şair Balayar Sadiq yıxılaraq huşunu itirib.
Kliniki Tibbi Mərkəzdən Sfera.az-a b-ildirilib ki, o, huşsuz vəziyyətdə KTM-ə gətirilib.
Ona komputer tomoqrafiyası edilib.
Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb.
O, reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.