Minik avtomobili aşdı, sürücü xəsarət aldı

Hadisə
21:52 / 22.10.2023
5402
Şəkidə yol-nəqliyyat hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə Qudula kəndində baş verib.
Rayonun Çələbixan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Zaur Məmmədov “Mercedes” markalı minik avtomobilinə idarəetməni itirb.
Nəticədə maşın yolun kənarına aşıb.
Qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alan sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.//Apa