Şəmkirdə iki azyaşlı bacı kimyəvi məhluldan zəhərləndi

Şəmkirdə iki azyaşlı bacı kimyəvi məhluldan zəhərləndi

Şəmkir rayonunda valideynlərinin nəzarətindən yayınan iki azyaşlı uşaq kimyəvi məhlul içib.

 

“Report”un məlumatına görə, 2021-ci il təvəllüdlü bacılar yaşadıqları evdə yuyucu kimyəvi məhlul içiblər.

 

Hər iki uşaq zəhərlənib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.

 

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR