Azərbaycanlı tələbə ABŞ-də faciəvi şəkildə öldü

Azərbaycanlı tələbə ABŞ-də faciəvi şəkildə öldü

ABŞ-nin paytaxtı Vaşinqtonda magistr təhsili alan BMU-nun məzunu Nicat Hüseynov keçirdiyi avtomobil qəzasından sonra dünyasını dəyişib.

 

Sfera.az milli.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.

 

Məlumata görə, o, qəzadan sonra müalicə aldığı Corc Vaşinqton Universitetinin hospitalında vəfat edib.

 

Qeyd edək ki, Nicat Hüseynov BMU-nun kompüter mühəndisliyi ixtisasından məzun olub.


OXŞAR XƏBƏRLƏR