Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var

Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var

Göygöl şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" və "UAZ" markalı avtomobillər toqquşub.

 

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "VAZ" markalı avtomobilin sürücüsü - 1958-ci il təvəllüdlü Z.Süleymanov və onun sərnişini R.Fəzliyeva xəsarət alıblar.

 

Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, "VAZ" markalı avtomobil taksi kimi fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR