Bu komanda ev oyunlarını Xankəndidə keçirəcək 

Bu komanda ev oyunlarını Xankəndidə keçirəcək 

"Qarabağ" bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndidə keçirəcək.

 

Sfera.az xəbər verir ki, bu haqda Sportinfo.az-a mötəbər mənbələrdən məlumat daxil olub.

 

Məlumata görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb.

 

"Köhlən atlılar" bəzi ev matçlarının Xankəndidə təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək.

 

"Qarabağ" rəhbərliyi dünəndən bəri Xankəndidədir. Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb.

 

Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni "xunta" rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.

 

Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbii qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.

 

Ağdam təmsilçisinin nümayəndələrinin hələ 1 gün də orada qalmaları planlaşdırılır.

 

Səfər birbaşa "Qarabağ"la əlaqədardır və bu məkanla tanışlıq xarakteri daşıyır. Gəlinən ilk rəydən məlumatlıyıq.

 

Belə ki, klub funksionerləri stadionun ciddi təmirə ehtiyacı olması barədə dövlət qurumunun nümayəndələrinə məruzə edib. Uzun müddət istifadə olunmadığı üçün burada yenidənqurma işlərinin aparılması zəruridir.

 

Qazonlar səliqəyə salınmalı, tribunaların oturacaqları dəyişdirilməlidir. Çünki plastik skamyalar qondarma rejimin "bayrağı"nın rənglərindədir.

 

Hakimlər və paltardəyişmə otaqlarına "əl gəzdirilməlidir".

 

Stadionun ərazisində tör-töküntü çoxdur və onların da təmizlənməsi mütləqdir.


OXŞAR XƏBƏRLƏR

Cənubi və Şimali Koreya sərhəddində gərginlik: 10 əsgərə atəş açıldı

Cənubi Koreya ilə Şimali Koreya arasında gərginlik yenidən artıb. Cənubi Koreya ordusu 10 Şimali Koreya əsgərinin sərhəd xəttini keçməsindən sonra xəbərdarlıq a...

İmişli hadisələrinə görə tutulan 14 nəfərlə bağlı yeni xəbər

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmə...

Vergi ödəyicilərinin sayı 800 mini keçdi - RƏQƏMLƏR

"Ən son məlumata görə 2025-ci ilin 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlindən bəri 0,3% artaraq 809,2 minə çatıb. Bu faiz ifadəsində ...

Yağış yağacaq, güclü külək əsəcək, temperatur 10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun öt...

Mərkəzi Bank bu qurumu cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəl...

"Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə beynəlxalq ticarət münasibətlərində ciddi dəyişikliklər baş verib. Tramp administrasiyası bir sıra ölkələrə, ...