"Bu, Azərbaycanın yox, Rusiyanın problemidir" - AÇIQLAMA

"Avropa İttifaqının Ermənistandakı müşahidəçilərinin sayının artırılması Azərbaycanı yox, Rusiyanı narahat etməlidir". 

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib:

 

"Kremldəkilərin fikrincə, həmin missiya Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası haqqında kəşfiyyat məlumatları toplayır. ABŞ və Fransa Baş nazir Nikol Paşinyanı Rusiyadan uzaqlaşdırmağa və Rusiyanın Ermənistandakı hərbi bazasını yaxın müddətdə çıxarılmasına təşviqə çalışırlar. Bu məsələlərin Azərbaycana aidiyyatı yoxdur". 

 

E.Şahinoğlu bildirib ki, bəzi ölkələrdəki Qərbi Zəngəzurla bağlı çağırışların Azərbaycanla əlaqəsi yoxdur:

 

"Ermənistanda, ABŞ-də və Avropanın bəzi ölkələrində “Azərbaycan Qərbi Zəngəzuru ələ keçirməyə çalışır, bu səbəbdən Ermənistanla sərhəddə Avropa İttifaqı müşahidəçilərin sayı artırılmalıdır” çağırışları eşidilsə də, bunun da bizə dəxli yoxdur, bu, həmin missiyanı Ermənistanda saxlamaq və gücləndirmək üçün Brüsselin və Vaşinqtonun bəhanəsidir. Bu bəhanəylə mübarizə aparmaq isə Azərbaycanın deyil, Rusiyanın problemidir".

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR