“Hiss etdim ki, onu əsirlikdə çox incidirlər...” - Aqşinin anası + VİDEO

“Hiss etdim ki, onu əsirlikdə çox incidirlər...” - Aqşinin anası + VİDEO

Ermənistanda 7 aydır əsir saxlanılan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova oğlu ilə son telefon danışığı haqda açıqlama verib.

 

Sfera.az xəbər verir ki, o bu barədə Xəzərxəbər-ə danışıb.

 

7 ayda cəmi 4 dəfə oğlunun səsini eşidə bildiyini deyən Dürdanə Bəbirova bildirib ki, bu vaxta qədər Aqşin heç vaxt onunla belə ümidsiz danışmayıb.

 

Ananın sözlərinə görə, oğlunu əsirlikdə çox incitdiklərini hiss edib: “Baxdım ki, danışmaq istəmir. Telefonu veriblər əlinə, amma səsi gəlmir. Dedim, “Aqşin necəsən?” Dedi ki, “Siz yaxşı olun, məni boş verin...” Çarəsiz danışırdı. Dedi ki, “Mən bezmişəm, özümlə bağlı bir problem yaratsam, məni boş verin. Mən imkan vermədim ki, o sağollaşsın”.

 

Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirilib ki, qurumun nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər. Lakin Komitənin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə olunur.

 

Xatırladaq ki, aprel ayında Naxçıvanda Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülüblər. Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il, Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...