Bu ölkənin büdcəsində 1,7 trilyon dollar kəsir yaranıb

Bu ölkənin büdcəsində 1,7 trilyon dollar kəsir yaranıb

ABŞ-nin dövlət büdcəsində 1,7 trilyon dollar kəsir yaranıb.  


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Maliyyə Nazirliyi yayıb. 


Nazirliyin məlumatında qeyd edilir ki, sentyabrda başa çatan 2023-cü maliyyə ilində yaranan kəsir 2022-ci illə müqayisədə 300 milyard dollar çoxdur.


Qeyd edək ki, ABŞ-də maliyyə ili oktyabrın 1-dən başlayıb sentyabrın 30-na qədər davam edir. 


2022-ci maliyyə ilində ölkənin büdcə kəsiri 1,4 trilyon dollar olmuşdu. Müqayisədən görünür ki, ABŞ-də büdcə kəsiri 23 faiz artıb. 


Büdcə kəsirinin artması, aşağı gəlirli şəxslərdən toplanan vergilərin azalması və FED-in faizləri artırması səbəbindən borcla bağlı faiz xərclərinin artması ilə əlaqədardır. 


2023-cü maliyyə ilində federal hökumətin gəlirləri keçən illə müqayisədə 9,3 faiz azalaraq 4,4 trilyon dollara düşdüyü halda, eyni dövrdə xərcləri 2,2 faiz azalaraq 6,1 trilyon dollara düşüb. 


Dövlət büdcəsində kəsirin böyüməsi ABŞ-nin dövlət borcunun artmasına səbəb olacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR