“Tərtər işi”ndə bəraət alanlara ümumi nə qədər təzminat kəsilib? - Vəkil AÇIQLADI

Kriminal
11:59 / 21.10.2023
5964
“Tərtər işi”nə görə məhkum edilərək sonradan bəraət alan şəxslərə kəsilmiş təzminatın ümumi məbləği açıqlanıb.
Sfera.az bildirir ki, bu barədə vəkil Rəsul Cəfərov məlumat yayıb.
O qeyd edib ki, “Tərtər işi” üzrə məhkum edilmiş şəxslərdən bu günə qədər 54 nəfər bəraət alıb. Həmin 54 nəfərdən 22 nəfər hərbi qulluqçuya kəsilmiş təzminatın ümumi məbləği 1.0546,05 manat, 6 mülki şəxsə kəsilmiş təzminatın ümumi məbləği isə 167,420 manat təşkil edir.
Vəkil onu da bildirib ki, hazırda təzminat tələbi ilə bağlı məhkəmə prosesləri davam edir.