Bu avtomobillər ödənişli yola BURAXILMAYACAQ - RƏSMİ

Bu avtomobillər ödənişli yola BURAXILMAYACAQ - RƏSMİ

Yüklü halda çəkisi normadan artıq olan yük avtomobilləri ödənişli yola buraxılmayacaq.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
 

Onun sözlərinə görə, bunun üçün yolun giriş-çıxışına xüsusi tərəzilər quraşdırılıb: “Avtonəqliyyat vasitələrinin beynəlxalq tələblərə uyğun yükgötürmə normaları var. Həmin normalara görə avtomobilin hər bir oxuna düşən çəki müəyyən edilib. Ödənişli yolda avtonəqliyyat vasitəsi yolun ödəniş məntəqəsindən keçərkən orada quraşdırılan sensorlu xüsusi tərəzilər onun hər oxuna düşən yükü çəkəcək. Əgər avtomobil beynəlxalq tələblərdə nəzərdə tutulandan artıq yük götürərsə, sensorlar onu qeydə alır və avtomatik həmin nəqliyyat vasitəsi ödənişli yola buraxılmır”.

 

Qeyd edək ki, Bakı-Rusiya Federasiyası istiqamətində tikilən yolun ödənişli hissəsinin uzunluğu 129 km, hərəkət zolaqlarının sayı 4, yola giriş-çıxış məntəqələrinin sayı 6-dır. Hər məntəqədə 2 giriş və 2 çıxış xətti mövcuddur.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva: “O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi” – FOTO

  Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.   Sfera.az&nbs...

Türkiyədə ardıcıl 4 zəlzələ oldu

Türkiyənin qərbində ardıcıl zəlzələlər qeydə alınıb.   Sfera.az xəbərverir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məluma...

Gəncədə həmyaşıdını bıçaqlayan şəxs saxlanıldı

Xəbər verildiyi kimi ötən gün Gəncədə keçmiş "Metallurq" İdman Kompleksinin həyətində 40 yaşlı M. Abbasova  kəsici alətlə xəsarət yetirilib. ...

Arif Babayevin dəfn yeri MƏLUM OLDU

Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Arif Babayevin dəfn yeri məlum olub.   Sfera.az “Teleqraf.az”a istinadən xəbər verir ki,...

Mədəniyyət Nazirliyi Arif Babayevin vəfatı ilə bağlı NEKROLOQ YAYDI - FOTO

Mədəniyyət Nazirliyi Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıb.   Sfera.az xəbər verir ki...

Sahibkarlara dəstək var: "Bank of Baku"dan 100.000 AZN-dək sahibkar krediti!

"Bank of Baku" strateji hədəflərindən biri olan kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə sərfəli maliyyə fürsətləri yaratmağa dava...