İsraili dəstəkləyib, Fələstindən narahat olduqlarını bildirdilər - ABŞ və Aİ-nin birgə BƏYANATI

İsraili dəstəkləyib, Fələstindən narahat olduqlarını bildirdilər - ABŞ və Aİ-nin birgə BƏYANATI

ABŞ və Aİ liderlərinin Vaşinqtonda keçirilən 27-ci sammitinin yekununda İsrail - Fələstin münaqişəsi ilə bağlı birgə bəyanat verilib.

 

Sfera.az xəbər verir ki, bəyanatda İsrail-Fələstin münaqişələri ilə bağlı HƏMAS-ın İsrailə hücumları ən sərt şəkildə pislənib:

 

"Heç bir şey terrora haqq qazandıra bilməz. İsrailin beynəlxalq hüquq və beynəlxalq humanitar normaları çərçivəsində bu hücumlara qarşı özünü müdafiə etmək hüququ olduğunu təsdiq edirik”. 


Bəyanatda bölgədəki tərəfdaşlar ilə yaxından əməkdaşlıq ediləcəyi bildirilib:

 

"Biz Qəzzada humanitar böhranın pisləşməsindən də narahatıq. Regional gərginliyin qarşısını almaq çox vacibdir. Bütün girovların dərhal azad edilməsinə çağırırıq. İki dövlətli həllin davamlı sülhə aparan etibarlı yol olaraq qaldığını vurğulayırıq".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR