Rusiya gəmisi Finlandiyada qaz kəmərinin yaxınlığından keçdi - Boru kəmərində

Rusiya gəmisi Finlandiyada qaz kəmərinin yaxınlığından keçdi - Boru kəmərində

Finlandiyada Balticonnector qaz kəmərinin zədələnməsi ilə bağlı iş araşdırılır. Müstəntiqlər iki variantı nəzərdən keçirirlər : təxribat və ya qəza.
 

Sfera.az xəbər verir ki, oktyabrın 8-də Finlandiya və Estoniyanı birləşdirən qaz kəmərinə və telekommunikasiya kabelinə ziyan dəyib. Daha sonra İsveç də Stokholm və Tallini birləşdirən hər üç xəttin zədələndiyini bildirib.


Boru kəməri zədələnən zaman Çinin “NewNew Polar Bear” və Rusiyanın “Sevmorput” gəmiləri ərazidə olub. Rusiya təxribatda iştirak etmədiyini bəyan edib.


"Polis təhqiqat zamanı müəyyən edib ki, Honq-Konq bayrağı altında üzən "NewNew Polar Bear" gəmisinin hərəkəti qaz kəmərinin zədələnməsinin vaxtı və yeri ilə üst-üstə düşür. Bu səbəbdən hazırda istintaq həmin gəminin roluna diqqət yetirir” - deyə müstəntiqlər bildiriblər.


Finlandiyanın elanından sonra Estoniya müstəntiqləri də telekommunikasiya kabeli insidentlərini araşdırmağa başlayıb. Onlar da hər iki gəminin hərəkət trayektoriyasını (“NewNew Polar Bear” və “Sevmorput”) nəzərdən keçirdiklərini bildiriblər.
 

"Biz müəyyən etdik ki, "NewNew Polar Bear" və "Sevmorput" gəmiləri hadisə zamanı ərazidə olub. Hələlik bu gəmilərin zərərlə əlaqəsi olub-olmadığını araşdırırıq"- məlumatda deyilir.
 

Qeyd edək ki, nəzərdən keçirilən gəmi izləmə məlumatlarına əsasən, zərərin baş verdiyi zaman hər üç hadisə yerində yalnız bu iki gəmi olub.
 

Qəza yerində “ağır əşya” aşkar edilib.
 

Finlandiya tərəfi zədələnmiş boru kəmərinin yaxınlığında dənizin dibində “ağır obyekt” aşkar edildiyini və hazırda müstəntiqlərin bunun insidentlə bağlı olub-olmadığını müəyyənləşdirdiyini bildirib.
 

"İstintaq zərərin xarici mexaniki qüvvənin təsirindən törədildiyini təsdiqləyib. Hazırkı məlumata əsasən, zərərin partlayış nəticəsində baş verdiyini güman etmək üçün heç bir əsas yoxdur. Müayinədən sonra byektin texniki baxımdan dənizdən qaldırılmasına cəhd ediləcək”- dedektiv nəzarətçi Risto Lohi açıqlamasında bildirib.
 

“NewNew Polar Bear”ın sahibi və operatoru olan “NewNew Shipping” məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.
 

Finlandiya Xarici İşlər Nazirliyi bildirib ki, boru kəməri və telekommunikasiya kabelinə dəyən ziyanla bağlı araşdırma nəticəsi olaraq Çin və Rusiya ilə əlaqə saxlayıb.
 

İsveç və Estoniyanı birləşdirən ikinci telekommunikasiya kabeli qismən zədələnib.
 

Rusiya “Sevmorput” gəmisinin boru kəmərinə heç bir ziyan vurmadığını bildirib.


“Biz “Rosatom” gəmisinin oktyabrın 8-də Finlandiya körfəzində Balticconnector boru kəmərində baş vermiş insidentlə əlaqəli olduğu ilə bağlı hər hansı təklifi əsassız və qəti şəkildə rədd edirik”- “Rosatom”un bəyanatında deyilir.
 

Xatırladaq ki, partlayışdan əvvəl Poltava vilayətində qaz kəmərində pilotsuz uçan aparat da görüntülənib.

 

Aynur

Sfera.az


OXŞAR XƏBƏRLƏR