İspaniya Hərbi Dəniz Qüvvələri Rusiya sualtı qayığı və yedək gəmisini aşkar edildi

İspaniya Hərbi Dəniz Qüvvələri Rusiya sualtı qayığı və yedək gəmisini aşkar edildi

Çərşənbə günü İspaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Rayo" gəmisi Rusiya Federasiyasına məxsus Kilo II dərəcəli sualtı qayığı və "Sergei Balk" yedək gəmisini ələ keçirib.

Sfera.az bildirir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat verib.


İspaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı və yedək gəmisi Aralıq dənizinin qərb hissəsindən keçərək ölkənin iqtisadi zonasına yaxınlaşıb.


“Rayo” İspaniyanın eksklüziv iqtisadi zonası yaxınlığında hədəfləri müəyyən edərək, onları Balear adalarının cənubunda izləməyə başlayıb.
 

Bildirilir ki, sualtı qayıq və yedək gəmisi Aralıq dənizinin qərb hissəsindən tranzit keçib, lakin İspaniyanın ərazi sularına daxil olmayıb. Madrid sularını tərk edənə qədər bir döyüş gəmisi onları müşayiət edib.


İspaniya Müdafiə Nazirliyi belə obyektlərin müşayiətinin standart təcrübə olduğunu və İspaniyanın maraq zonasına yaxınlaşan bütün gəmilərə şamil edildiyini vurğulayıb.
 

Rusiya hərbi hədəflərinin tutulmasından əvvəl “Rayo”nun missiyası dənizdə müşahidə əməliyyatları aparmaq olub.
 

Xatırladaq ki, iyunun 20-də axşam Britaniyanın “Tayfun” qırıcıları Rusiya hərbi təyyarələrini müşayiət etmək üçün Estoniya səmasına qalxıblar. Britaniya Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hərbi təyyarələrinin uçuşu beynəlxalq standartlara uyğun olmayıb.
 

Mayın 11-də isə ABŞ qırıcıları Alyaska sahillərində Rusiyanın 6 döyüş təyyarəsini ələ keçirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.   Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin ha...

ABŞ yeni yardım paketi ilə Ukraynaya F-16 raketlərini göndərə bilər

ABŞ Ukraynaya yeni hərbi yardım paketinə F-16 qırıcıları üçün orta mənzilli raketlərin daxil edilməsi imkanını dəyərləndirir.   Sfera.az xəbər verir ...

KİV: "ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir"

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Amerikan...

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat AŞKARLANDI

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Sfera.az-a Daxili İşlər...

Göygöldə ikimərtəbəli evdə yanğın oldu

Göygöldə ikimərtəbəli evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun ...