İsrailə hücum zamanı “Həmas” çılar “Kasıb kokaini”ndən istifadə edib

İsrailə hücum zamanı “Həmas” çılar “Kasıb kokaini”ndən istifadə edib

Oktyabrın 7-də İsrailə hücum zamanı Həmas terrorçuları narkotikin təsiri altında olub. Onlar sintetik amfetamin tipli stimullaşdırıcı Captagondan istifadə ediblər.
 

Sfera.az bildirir ki, məhv edilmiş bir çox terrorçunun cibindən Captagon adlı narkotik maddə tapılıb.


Stimulyatordan istifadə terrorçulara sakitlik və laqeydlik hissi ilə dəhşətli qətllər törətməyə imkan verir. Eyni zamanda, dərman "enerji içkisi" kimidir və iştahını boğur.
Bu stimulant gizli şəkildə Avropanın cənubunda istehsal edilib, Ərəbistan yarımadasındakı istehlak bazarlarına daşınıb. Onu “kasıbın kokaini” də adlandırırlar.
 

Qeyd edək ki, Captagon 2015-ci ildə İŞİD yaraqlıları tərəfindən terror əməliyyatları qorxusunu yatırmaq üçün istifadə edildiyi aşkar edildikdən sonra məşhurlaşıb. İŞİD-in təsiri azaldıqdan sonra onun istehsalını Suriya və Livan öz üzərinə götürüb.


Xüsusilə Qəzza narkomaniyaya meylli gənclər arasında məşhur bir narkotik bazarına çevrilib.
 

Captagon amfetamin ailəsinə aiddir. Dərman əvvəlcə diqqət pozğunluğunu, narkolepsiyanı və depressiyanı müalicə etmək üçün hazırlanmışdır. Çox asılılıq yaradır. Buna baxmayaraq, Yaxın Şərqdə tələbat yüksəkdir və münasib qiymətə malikdir. Kasıb ölkələrdə onu 1-2 dollara almaq olar, zəngin ölkələrdə bir qutunun qiyməti 20 dollara qədərdir.
 

Livan və Suriyadakı tibb işçilərinin dediyinə görə, Captagondan təkcə yaraqlılar deyil, daimi döyüşlərdən stress keçirən mülki şəxslər də istifadə edir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR