Dünyanın ən yeni ölkəsi - Bu adada 3 min 250 dollara vətəndaşlıq verirlər

Dünyanın ən yeni ölkəsi - Bu adada 3 min 250 dollara vətəndaşlıq verirlər

Bir qrup sahibkar 2019-cu ildə Mərkəzi Amerikanın şimal-şərq sahilində Karib hövzəsi ölkəsi Belizə bağlı olan Coffee Caye adasını alıb. Milli bayrağı, himnləri və hökuməti ilə qurulan yeni ölkə “İslandia Knyazlığı” adlandırılıb.

 

Sfera.az bildirir ki, dünyanın ən yeni mikromillətinin qurulduğu xəbəri yayıldıqca insanların bu yeni ölkə haqqında araşdırmaları artır. Ən diqqət çəkən məqam isə burada 3 min 250 dollara vətəndaşlıq almaq mümkündür. Dünyanın ən yeni ölkəsi haqqında maraqlı detalları təqdim edirik.


Bir qrup sahibkarın satın aldığı və dünyanın ən yeni ölkəsinə çevrilən ada haqqında araşdırmalar xeyli artıb. Bəs bu ada necə ölkəyə çevrilib?


2019-cu ilin dekabr ayında Coffee Caye adası vergilər daxil olmaqla 250 min dollara alınıb.
 

4800 kvadratmetrlik bu adada öz bayraqları, himnləri və hökumətləri olan “İslandia Knyazlığı” adlandırdıqları ölkə qurulub.


Layihənin həmtəsisçisi və icraçı direktoru Gareth Johnson uzun illər bir ada almaq və mikro millət yaratmaq haqqında düşünüb. Səyahətləri zamanı daim güclənən bu fikrin ardınca o, satışa çıxarılan adaları izləməyə başlayıb. Nəhayət Johnson Coffee Caye adasını almağa qərar verib.
 

Adanın açıq hissəsi, bir tərəfi dayaz buxtaya aparan kiçik bir çimərliyə baxır, düşərgə üçün istifadə olunur. Qalan yarısı isə manqrovlarla əhatə olunub.
 

Bir ucundan o biri ucuna bir neçə dəqiqəyə piyada getmək mümkün olan yeni ölkə - uzun, nazik qəhvə dənəsinə bənzəyən qəribə bir formaya malikdir.
 

Bəs bu İslandia Knyazlığının vətəndaşı olmaq üçün nə tələb olunur?


Coffee Caye adasında tikilmiş dünyanın ən yeni ölkəsi olan İslandia Knyazlığının vətəndaşı olmaq çox asandır. Bu yeni ölkənin investorlarından biri olsanız (3250 dollar verməklə) və ya qonaq kimi getsəniz, siz də vətəndaşlıq ala bilərsiniz.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.   Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin ha...

ABŞ yeni yardım paketi ilə Ukraynaya F-16 raketlərini göndərə bilər

ABŞ Ukraynaya yeni hərbi yardım paketinə F-16 qırıcıları üçün orta mənzilli raketlərin daxil edilməsi imkanını dəyərləndirir.   Sfera.az xəbər verir ...

KİV: "ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir"

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Amerikan...

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat AŞKARLANDI

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Sfera.az-a Daxili İşlər...

Göygöldə ikimərtəbəli evdə yanğın oldu

Göygöldə ikimərtəbəli evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun ...