Sülhməramlılar Qarabağda polis statusunda qalır? – AÇIQLAMA

Sülhməramlılar Qarabağda polis statusunda qalır? – AÇIQLAMA

Rusiyanın Kaspi Strateji Tədqiqatlar İnstitutunun elmi işçisi Aleksandr Karavayev “Kavkazskiy uzel” nəşrinə açıqlamasında bildirib ki, Azərbaycan üçün Rusiya “sülhməramlı” kontingentinin statusunun hərbi sülhməramlı qüvvədən monitorinq qrupuna dəyişdirilməsi, ona müəyyən polis funksiyalarının verilməsi ilə bağlı danışıqların aparılması məntiqli ola bilər.

 

Onun bu fikirlərinə cavab olaraq hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan heç bir halda sülhməramlı kontingentin ölkəmizdə qalma müddətini uzatmaq niyyətində deyil:

 

“Əslində onların Azərbaycandakı indiki fəaliyyəti də qismən formal xarakter daşıyır. Çünki onların Azərbaycana yerləşdirilməsində məqsəd münaqişə tərəfləri arasında atəşkəs rejiminə əməl olunmasına nəzarət etməkdən ibarət idi. Hazırda münaqişə tərəflərindən biri tamamilə Azərbaycan ərazilərindən çıxarılıb və belə olan halda da rus kontingentinin yerinə yetirə biləcəyi vəzifələr tamamilə aradan qalxıb”.

 

Rusiya sülhməramlı kontingentinin polis və ya digər funksiyaları yerinə yetirməsi üçün heç bir mandatının olmadığını xüsusilə qeyd edən ekspert vurğuladı ki, onların Azərbaycan ərazilərindən çıxarılması hətta nəzərdə tutulan müddətdən də əvvəl baş verə bilər:

 

“Qarşıda rus kontingentinin heç bir müqavimət potensialı mövcud deyil. Onlar heç bir addım da ata bilməzlər. Azərbaycan öz fəaliyyətlərini Rusiyada hansısa sərsəm politoloqların səsləndirdiyi fikirlər əsasında deyil, milli və dövlət maraqları çərçivəsində planlaşdırır və həyata keçirir”, - sitatın sonu.


OXŞAR XƏBƏRLƏR

Gəncədə həmyaşıdını bıçaqlayan şəxs saxlanıldı

Xəbər verildiyi kimi ötən gün Gəncədə keçmiş "Metallurq" İdman Kompleksinin həyətində 40 yaşlı M. Abbasova  kəsici alətlə xəsarət yetirilib. ...

Arif Babayevin dəfn yeri MƏLUM OLDU

Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Arif Babayevin dəfn yeri məlum olub.   Sfera.az “Teleqraf.az”a istinadən xəbər verir ki,...

Mədəniyyət Nazirliyi Arif Babayevin vəfatı ilə bağlı NEKROLOQ YAYDI - FOTO

Mədəniyyət Nazirliyi Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıb.   Sfera.az xəbər verir ki...

Sahibkarlara dəstək var: "Bank of Baku"dan 100.000 AZN-dək sahibkar krediti!

"Bank of Baku" strateji hədəflərindən biri olan kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə sərfəli maliyyə fürsətləri yaratmağa dava...

Bakıda daha bir moped qəzası: ölən var

Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Bakı şəhər sakini - 2002-ci il təvəllüdlü Toğrul Firud...

Kamaləddin Qafarov: “Azərbaycan dilinin qorunması və inkişafı dövlətimiz üçün prioritet məsələdir”

  “Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq Sovet İttifaqının tərkibində mövcud olan respublikaların ictimai-siyasi həyatında dil məsələ...