Britaniya səması çəhrayıya boyandı - Sakinlər dünyanın sonu gəldiyini düşündü

Britaniya səması çəhrayıya boyandı - Sakinlər dünyanın sonu gəldiyini düşündü

Oktyabrın 20-nə açılan səhəri Böyük Britaniya Kent sakinləri səmanın çəhrayı rəngə boyanması ilə qarşılayıblar.


Sübh açılmamışdan bir qədər əvvəl çəkilmiş fotoşəkillərdə səma çox qeyri-adi görünüb. Göy üzü sanki elmi-fantastik filmlərdəki kimi parlayıb.
 

Sfera.az xəbər verir ki, ingilislər sosial şəbəkələrdə qeyri-adi görüntünün fotoşəkillərini paylaşaraq, bunu “dünyanın sonu” adlandırıblar.

Çaşmış yerli sakinlər bu parıltının səbəninin nə olduğunu təxmin etməkdə çətinlik çəkiblər.
 

Artıq parıltının səbəbi müəyyən edilib. Cavab əslində elmə əsaslansa da, bir qədər də məzəlidir. Bu, 400 milyon pomidor, 30 milyon xiyar və 24 milyon bibər yetişdirən bir kənd təsərrüfatı şirkətinin süni işığıdır. “Thanet Earth” Thanet adasındakı Birçinqtonda yerləşən böyük sənaye zavodudur. Həmçinin 90 hektar ərazini əhatə edən ölkənin ən böyük istixana kompleksidir.
 

Bu kompleks üçün uzun günəşli günlərin sayına görə İngiltərənin cənub-şərq daha əlverişli ərazi olaraq seçilib. Bu da bitkilərin inkişafına həqiqətən faydalı olub. Bununla belə, Britaniyada qış hələ də problem yaradır, çünki bitkilər günəş işığına ehtiyac duyurlar. Məhz bu səbəbdən də ilin bu vaxtında süni alternativlərdən istifadə olunur.
 

“Thanet Earth” artıq bu vəziyyətlə bağlı şərh verib. Çəhrayı LED işıqlarının belə kütləvi əks olunması daim bu cür qorxulu, rəngli parıltı ilə nəticələnir.

“Ruh qovanları çağırmağa ehtiyac yoxdur, heç bir fövqəltəbii varlıq Thaneti işğal etməyib”  - deyə şirkət həm də zarafat edib.

 

Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.   Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin ha...

ABŞ yeni yardım paketi ilə Ukraynaya F-16 raketlərini göndərə bilər

ABŞ Ukraynaya yeni hərbi yardım paketinə F-16 qırıcıları üçün orta mənzilli raketlərin daxil edilməsi imkanını dəyərləndirir.   Sfera.az xəbər verir ...

KİV: "ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir"

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Amerikan...

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat AŞKARLANDI

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Sfera.az-a Daxili İşlər...

Göygöldə ikimərtəbəli evdə yanğın oldu

Göygöldə ikimərtəbəli evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun ...