İrandakı bəzi şirkətlərdən kartof idxalına QADAĞA

İrandakı bəzi şirkətlərdən kartof idxalına QADAĞA

​​​​​İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub.

 

Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, tədbirlər çərçivəsində İrandan idxal olunan "Hame Fan Harifan Khedmat Gostar", "Shayan Sam Milad" və "Amin Tejarat Atlas Darya" şirkətlərinə məxsus ərzaqlıq kartof məhsulu partiyalarından agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizm - halqavari bakterial çürümə xəstəliyi (“Clavibacter michiganensis subsp. sepedonicus”) və kartofun qonur çürümə bakteriyası (“Ralstonia solanacearum”) aşkarlanıb.

 

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 2023-cü il 23 oktyabr tarixindən etibarən qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva: “O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi” – FOTO

  Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.   Sfera.az&nbs...

Türkiyədə ardıcıl 4 zəlzələ oldu

Türkiyənin qərbində ardıcıl zəlzələlər qeydə alınıb.   Sfera.az xəbərverir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məluma...

Gəncədə həmyaşıdını bıçaqlayan şəxs saxlanıldı

Xəbər verildiyi kimi ötən gün Gəncədə keçmiş "Metallurq" İdman Kompleksinin həyətində 40 yaşlı M. Abbasova  kəsici alətlə xəsarət yetirilib. ...

Arif Babayevin dəfn yeri MƏLUM OLDU

Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Arif Babayevin dəfn yeri məlum olub.   Sfera.az “Teleqraf.az”a istinadən xəbər verir ki,...

Mədəniyyət Nazirliyi Arif Babayevin vəfatı ilə bağlı NEKROLOQ YAYDI - FOTO

Mədəniyyət Nazirliyi Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıb.   Sfera.az xəbər verir ki...

Sahibkarlara dəstək var: "Bank of Baku"dan 100.000 AZN-dək sahibkar krediti!

"Bank of Baku" strateji hədəflərindən biri olan kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə sərfəli maliyyə fürsətləri yaratmağa dava...