Medvedyev Baydenə QƏZƏBLƏNDİ: “Əxlaqdan kənar qərarlardır”

Medvedyev Baydenə QƏZƏBLƏNDİ: “Əxlaqdan kənar qərarlardır”

“Bayden Ukrayna və İsrailə pul ayırmaqla ölümə sərmayə qoyur”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. O, teleqram kanalında Ağ Ev rəhbərinin xalqa müraciəti haqda yazıb:

 

“Bayden ABŞ-dən uzaqda olan digər insanların ölümünə ayrılan pulları "ağıllı investisiya" adlandırıb. O, əlavə edib ki, bu investisiyalar Ukrayna və İsrail üçün külli miqdarda silahların alınmasına sərf olunacaq”.

 

Medvedyev bu yanaşmanı “əxlaq sərhədlərindən kənar” adlandırıb və qəzəbləndiyini bildirib. Onun fikrincə, bu cür qərarlar cəmiyyətdəki dəyərləri yenidən nəzərdən keçirmək zərurəti yaradır.

 

Xatırladaq ki, Co Bayden Konqresi Ukrayna və İsrailə silah satışını davam etdirməyə çağırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR