"Onun 5 arvadından biri mənəm, bundan həzz alıram" - Almaz Ələsgərli - VİDEO - FOTO

Əməkdar artist Almaz Ələsgərli "ARB Ulduz"da yayımlanan "Şou-məkan" verilişinə maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, doğum gününü cah-cəlalsız, çal-çağırsız, sadəcə, dostları ilə bir araya gələrək keçirən Almaz Ələsgərli yaşının üstə yaş gəlsə də, o, bu dəfə nədənsə narahat deyil.

"Mən doğum günümü piar etmədm. İstəmədim. Ancaq dostlarımla kiçik bir yığıncaq etdim. İnanın ki, mən onu istəmirdim. Bir tərəfdən qızım, o biri tərəfdən rəfiqələrim məni vadar elədilər ki, belə bir mərasim təşkil etdim. Pis də keçmədi. Dostlarım mənə çox dayaq oldular".

Daha sonra sənətçi bir çox məşhurların yaşlanmaq kimi olan qorxularından da söz açdı:

"Artıq "25 yaş" az deyil. İllər ötüb. Ancaq demirəm ki, o illərə qayıtmaq istəyirəm. Həmin illəri artıq mən yaşamışam. Bir il də ömrümüzdən getdi. Buna görə bir az kədərlənirəm. İnanın, ilk doğum günümdür ki, mən göz yaşları tökmədim. Hər doğum günündə deyirəm ki, axı niyə ağlayıram? Həmişə kövrəlirəm".

Əməkdar artist ona doğum günündə verilən canlı hədiyyədən ürəkdolusu danışdı:

"Siz bilirsiz ki, mən heyvanları çox sevirəm. Evimdə çalışan bir qadın var. O, mənə "papuqay" hədiyyə olaraq gətirdi. Mən hələ indiyə kimi bu cür sevinməmişdim. Mənim iki itim də var. Düşünürdüm ki, itlərim onu öldürəcək. Ancaq "papuqay" onların burnunu dişləyir".

Rol aldığı tamaşalardan da söz açan Almaz xanım maraqlı açıqlamar səsləndirdi:

"Mən Musiqili Teatrda aktrisa kimi çalışıram. Tamaşalarım çoxdur. Mənim "Amerikalı kürəkən" tamaşam var idi. Artıq oynanıldı. Noyabr ayında tamaşalarımız çox olacaq. "Baladadaşın toy hamamı"nda varam. Sonra "Molla Nəsirəddinin beş arvadı" tamaşında Molla Nəsrəddinin beş arvadından birini oynayıram. "Arşın mal alan"da Cahan xala obrazını canlandırıram. "Talelər qovuşanda" və "Bankir adaxlı" tamaşasında da rolum var. Müğənniliyim öz yerində, yüksək səviyyədə. Bilirsiz müğənnilik və aktrisalıq bir sənətdir. Onların ikisini bir yerdə tutmaq lazımdır. Nə ora gecikmək lazımdır, nə də bura. Ora çalışıram ki, gecikməyim. Bu iki sənətlə yaşayıram və həzz alıram".
 
   

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...