Baydenin İsrailə dəstəyinin PƏRDƏARXASI: “Onun taleyi..."

Baydenin İsrailə dəstəyinin PƏRDƏARXASI: “Onun taleyi...

“ABŞ Prezidenti Co Baydenin İsrailə səfəri və Təl-Əvivə dəstəyinin arxasında qarşıdan gələn seçkilər və anketlərdəki arzuolunmayan nəticələr var”.

 

Sfera.az bildirir ki, bu barədə “Times of Israel” qəzeti iddia irəli sürüb.

 

Qeyd olunub ki, Ağ Ev rəhbərinin siyasi gələcəyi tamamilə bu müharibədən asılıdır. “Bayden administrasiyası Yaxın Şərqdən uzaqlaşmaq və diqqətini Çinə, Rusiyaya yönəltmək arzusunda idi. Lakin o, keçmiş ABŞ prezidentlərinin də çətinliklə öyrəndiyi bir şeyi bilir: Vaşinqton Yaxın Şərqdən qopa bilməz”.

 

“ABC News”un analizinə əsasən, Bayden İsrailə gedərək, ABŞ rəhbərliyini gücləndirəcəyinə və böhranı sakitləşdirəcəyinə ümid edib.  Lakin Qəzzada baş verən hadisə və ərəb liderlərinin Bayden gəlməmişdən əvvəl planlaşdırılan görüşü ləğv etmələri ilə hər şeyi alt-üst edib.

 

“NewYorkPost” qəzeti isə Baydenin hakimiyyətdə olduğu dövrdə dünyada vəziyyətin getdikcə pisləşdiyini yazıb. Həmçinin qəzetdə, bu zaman çərçivəsində Talibanın Əfqanıstana nəzarət etdiyi, Rusiyanın Ukraynaya hücumu və nəhayət, İsrail-Həmas qarşıdurmasının başladığı qeyd olunub Bildirilib ki,  Bayden bütün bu hadisələrdən öz xeyrinə faydalanıb.

 

Günay



 


OXŞAR XƏBƏRLƏR